Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Genişmiqyaslı təlimlərin planına əsasən “Həyəcan” siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.