Təlimlər zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Genişmiqyaslı təlimlərin planına əsasən, təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara və meydançalara çıxarılıb.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi başa çatdırılıb.