Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsi turizm mövsümünə hazırdır - REPORTAJ VİDEO

Lənkəran, 24 may, İsmayıl Cəfərli, AZƏRTAC

Bir neçə gündən sonra ölkəmizdə yay turizm mövsümü başlayır. Gözəl və füsunkar təbiəti ilə seçilən Lənkərana respublikamızın müxtəlif şəhər və rayonlarından, həm də xarici ölkələrdən 30 mindən çox turistin gələcəyi proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, yay fəslində Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi nəticəsində bölgəyə daha çox əcnəbi turist gələcək.

Lənkərandakı əksər otellərdə iyul-avqust ayları üçün boş yer yoxdur

AZƏRTAC xəbər verir ki, ötən ildən etibarən Lənkəranda demək olar, bütün ilboyu turizm mövsümü sayılır. Burada ilin bütün fəsillərində xarici və yerli turistlər müşahidə edilir. 2016-2017-ci illərdə Lənkəranda mehmanxana və mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı təxminən 20 min təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 30 minə yaxın olub. Yay turizm mövsümü başlamamış, 2019-cu ilin ilk 3 ayında isə bu rəqəm 6 mini ötüb.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyir ki, Lənkəran rayonu, mehmanxanalar turizm mövsümünə tam hazırdır: “İyul-avqust ayları üçün əksər otellərdə boş yer yoxdur. Bu il, həmçinin bölgədə turizm sahəsində baş verəcək əlamətdar hadisə turistlərin bu bölgəyə diqqətini daha çox çəkəcək. Belə ki, Lənkəranda böyük müalicəvi sanatoriya kompleksi istifadəyə veriləcək. Bu müalicəvi sanatoriya kompleksi Qafqazda ən böyük komplekslərdən biri hesab olunur. Bu, öz növbəsində, Lənkərana müalicə üçün üz tutan həm yerli, həm də xarici vətəndaşlar üçün əlverişli imkandır”.

Müasir standartlara cavab verən Ələt-Astara magistralı 
bölgəyə turist axınının artmasında mühüm rol oynayır

Otel meneceri Mirmehdi Məmmədov isə bildirir ki, cənub bölgəsinə bu il daha çox turistin gəlməsinə səbəb ötən il istifadəyə verilən Ələt-Astara magistralıdır. “Dövlət əhəmiyyətli yol müasir standartlara cavab verir. Respublikanın ən rahat, ən münasib və məsafəsi az olan magistral yollarından biridir. Əgər qonaqlar əvvəllər Bakıdan Lənkərana 4 saata gəlirdilərsə, indi 2 saata rayona çatmaq olur. Keçən ilə nisbətən builki qonaqlarımızın əksəriyyəti Rusiya, İran və Türkiyədən olacaq. Keçən ilə nisbətən bu il turist sayı çoxdur, otaqlarımız indidən tutulub”, - deyə o qeyd edib.

Lerikdə turistlərin diqqətini çəkən amil: dəniz, meşə və dağlar

Uzunömürlülər diyarı Lerik rayonu da turizm mövsümünə hazırdır. Hazırda tikintisi davam etdirilən Lənkəran-Lerik yolunun genişləndirilməsi bölgənin turizm imkanlarına müsbət təsir göstərəcək. 41 min hektar meşə zolağının mövcud olduğu Lerik rayonunda 17-dən çox istirahət mərkəzi var. Belə istirahət mərkəzlərindən birinin rəhbəri, 22 ildən çoxdur rayonda turizmin inkişafında müstəsna xidmətləri olmuş Akif Əliyev turistlərin diqqətini çəkən məqamları belə izah edir: “Leriklə Lənkəran həmsərhəd olduğundan dənizlə dağın arasında cəmi 20-25 dəqiqəlik məsafə var. Bu da turistlərin həm dənizdə, həm meşədə, həm də dağlar qoynunda istirahətinə imkan verir. Dağlarımızda çoxlu dərman bitkiləri də bitir. Bu amillər turistlərin əksəriyyətinin marağına səbəb olur”.

Bir nəfərin günlük istirahəti göstərilən xidmətlərdən asılı olaraq 20-250 manata başa gəlir

Turizm məkanlarının qiymətlərinə gəlincə, təklif olunan xidmətlərin qiyməti ötən ildəkindən fərqlənmir. “İstirahət mərkəzimizdəki orta seqmentli kotteclərdə yerlər 1 nəfər üçün səhər və axşam yeməyi də daxil olmaqla, təxminən 30 manat civarındadır”, - deyə Akif Əliyev bildirib.

Ümumilikdə isə, cənub bölgəsində bir nəfərin bir günlük istirahəti göstərilən xidmətlərdən asılı olaraq 20-250 manata başa gəlir.

Alman turist: Çox gözəl ölkəniz, təbiətiniz və qonaqpərvər insanlarınız var

Bölgədə müalicəvi əhəmiyyətli təbii bulaqlar da var. Təsadüfü deyil ki, əksər turistlər yay fəslində cənub bölgəsinə əsasən müalicəvi bulaqlardan istifadə etmək üçün gəlirlər.

Bölgənin flora və faunasının zənginliyi isə əcnəbi turistlərin daha çox diqqətini çəkir. Onlardan biri də almaniyalı turist Kai Gaugerdir: “Buraya Almaniya və başqa ölkələrdən olan turist qrupu ilə birgə gəlmişəm. Məqsədimiz Azərbaycanın təbiətini, xüsusən burada mövcud olan quşları görməkdir. Bu, bizim hobbimizdir. Ölkənizi çox sevdik, xüsusən də Talış dağları və Leriki. Bu gün biz meşə və dağlarda olduq, çoxlu quşlar gördük, bu səyahətdən zövq aldıq”.

Onun həmyerlisi Alexandra Şievelingin də ölkəmizin təbiətinə və insanlarına heyran qaldığını bildirir: “Sizin ölkənizin çox gözəl təbiəti və quş növləri var. Bu, mənim Azərbaycana ilk səyahətimdir. Mən buranı tanımırdım. Vaxtilə burada olan digər xarici turistlərdən eşitmişdim ki, Azərbaycanda nadir quş növləri var. Ona görə də ölkənizə gəldim ki, bu nadir təbiət canlılarını görüm. Bir sözlə, çox gözəl ölkəniz, təbiətiniz və qonaqpərvər insanlarınız var”.

Qeyd edək ki, cənub bölgəsində 60-dan çox turizm istirahət mərkəzi var. Onlardan da 10-a yaxını müalicəvi əhəmiyyətlidir.

Cənub bölgəsi turizm mövsümünə hazırdır -  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub