İQTİSADİYYAT
12 ÖLKƏ AVİABİLETLƏRDƏN ƏLDƏ OLUNAN GƏLİRİN BİR HİSSƏSİNİ AĞIR XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ ÜÇÜN AYIRACAQDIR
Fransa və Braziliya aviabiletlərə əlavə tariflər tətbiq edilməsi layihəsinə qoşulmuşlar. Əldə olunan gəlir isə QİÇS, malyariya və vərəm kimi ağır xəstəliklərin müalicəsinə yönəldiləcəkdir.
ABŞ, Kanada, Avstraliya, habelə Avropa İttifaqının 9 üzvü bu təklifi dəstəkləməmişdir.
Fransada aviabiletlərə əlavə tariflər iyulun 1-dən tətbiq ediləcəkdir. Daxili və Avropa ərazisindəki aviaxətlərdə bu məbləğ “ekonom klas” üçün 1 avro, “biznes klas” üçün isə 10 avro təşkil edəcək, Avropadan kənarda biletlərə 4 dəfə çox əlavə tarif tətbiq olunacaqdır.
İqtisadçıların hesablamalarına görə, bu tədbir Fransaya ildə təxminən 200 milyon avro gətirəcəkdir.