Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üzeyir bəy Hacıbəylinin Yaponiyada ilk dəfə səhnələşdirilən “Arşın mal alan” operettası böyük rəğbətlə qarşılanıb VİDEO

Tokio, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə bu gündoğar ölkədə fəaliyyət göstərən Beynəlxalq Ərəb Rəqsləri Assosiasiyası tərəfindən səhnələşdirilmiş “Arşın mal alan” operettası yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” əsəri sentyabrın 29-da Tokionun möhtəşəm “Nikkei Hall” mərkəzində ilk dəfə olaraq yapon tamaşaçılara təqdim edilib.

Şərq musiqisinə, xüsusən də öz rəngarəngliyi və zənginliyi ilə seçilən Azərbaycan milli və klassik musiqisinə böyük məhəbbətlə yanaşan yapon tamaşaçılar  məşhur “Arşın mal alan” operettasını çox böyük maraqla qarşılayıblar.

Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin musiqisindən istifadə edilməklə rəqslər üzərində qurulan operetta barədə məlumat xüsusi hazırlanmış pamfletdə öz əksini tapıb. Həmin pamflet əsasında tamaşaçılara əsərin müəllifi və məzmunu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 1913-cü ildə qələmə alınan operetta dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilərək milyonların ürəyini fəth edib.

Operettaya yeni quruluşda tərtibat verən Beynəlxalq Ərəb Rəqsləri Assosiasiyasının rəhbəri xanım Mina Saleh onu altı hissəyə bölüb. Süjetdə bəzi dəyişikliklər aparılsa da, Azərbaycan dilində səslənən ariyalar və mahnılar əsasən saxlanılıb. Operetta rəqslər üzərində qurulduğuna görə bəzi qəhrəmanlar yeniləri ilə əvəz edilib. Yeni variantda əsərin əsas qəhrəmanları olan Gülçöhrə (Mina Saleh) və Əsgər (Sima) dövrün çətinliklərinə baxmayaraq, öz məhəbbətləri uğrunda sonadək mübarizə aparırlar. Xalasının məsləhəti ilə arşınmalçıya çevrilən tacir Əsgərə bu yolda Gülçöhrənin bacıları Banu (Katleen Camina), Nərgiz (Emili Daymond) və Əzizə (Elisa Cəmilə) kömək edirlər. Məhz onların xahişi ilə Sultan bəy (Qilson Masato) qızını arşınmalçıya verməyə razılıq verir.

Sonda orijinalda olduğu kimi dörd toy yox, iki toy səslənir. Əsgər bəy və Gülçöhrə xanım ilə yanaşı, qulluqçular Vəli və Telli də ailə həyatı qururlar. Əsər Azərbaycanda olduğu kimi, qohumların və dostların qatıldığı şən toy mərasimi ilə başa çatır.

Gözəl səhnə tərtibatı, ifaçıların peşəkarlığı, kostyumların rəngarəngliyi ilə seçilən operetta yapon tamaşaçılar tərəfindən sürtəli alqışlarla qarşılanıb.

Tamaşadan sonra təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən Saki Tyokani bildirib ki, əsərin süjeti, musiqisi və rəqslər çox gözəl idi: “Azərbaycanda olduğuma görə, bu ölkənin milli xüsusiyyətlərini, ecazkar musiqisini və gözəl rəqslərini müəyyən qədər bilirəm. Ona görə də bu gün göstərilən tamaşa mənə çox doğma və yaxın gəldi. Azərbaycan musiqi mədəniyyətinə, rəqslərinə bir daha heyran oldum. Bu həqiqətən də bizə Şərqin gözəl dünyasına qapı açan əlamətdar hadisədir”.

Yaponiyada Azərbaycan tarının və sazının ifaçısı kimi tanınan Kiyoşi Ohira da tamaşadan çox məmnun qaldığını bildirib: ”Çox gözəl idi. Həm səslənən gözəl musiqi, həm rəqslər, həm də ifaçıların peşəkarlığı məni heyran etdi. Düzü azərbaycanlı olmayan rəqqasların belə yüksək səviyyəli, peşəkar ifasını gözləmirdim. Operettadakı musiqi nömrələrinin Azərbaycan dilində səslənməsi tamaşaya daha çox orijinallıq verirdi. Fikrimcə bu gün buraya toplaşanlar çox gözəl bir tamaşanın şahidi oldular. Mən deyərdim ki, bu qədim və zəngin Azərbaycan mədəniyyətinin çox gözəl bir təqdimatı idi”.

Əsərin yaranması ideyası və tamaşa barədə sualı cavablandıran Mina Saleh isə deyib: “Mən Tehranda doğulsam da nənəm əslən azərbaycanlı olub. Evimizdə həmişə Azərbaycan musiqisi səslənib, rəqsləri ifa edilib. Azərbaycan musiqisi məhz buna görə mənim ruhuma çox doğmadı. Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini isə assosiasiyamızın 20 illik yubileyinə ən gözəl hədiyyə kimi hazırladıq. Əsasən rəqslər üzərində qurulduğuna görə süjetə müəyyən dəyişikliklər etdik. Bununla yanaşı, müasir Azərbaycan, qədim türk və ərəb rəqslərini əlavə etməklə, fikrimcə daha zəngin və rəngarəng bir tamaşa hazırladıq. Özünüz də gördüyünüz kimi tamaşa böyük maraq və rəğbətlə qarşılandı. Bu gün zalda yalnız yaponlar yox, eyni zamanda, Yaponiyada yaşayan İran, Mərakeş, İspaniya və digər ölkələrin də nümayəndələri var idi. Milliyətindən asılı olmayaraq onlar hamısı Azərbaycan musiqisini böyük heyranlıqla dinlədilər və alqışlarla qarşıladılar. Bu mənada bugünkü uğur yalnız bizim assosiasiyanın deyil, həm də böyük Üzeyir bəyin, bütün Azərbaycanın uğurudur. Yüz ildən çox bir müddətdə bütün dünyanı dolaşan məşhur operetta bu dəfə Tokionu fəth etdi”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Üzeyir bəy Hacıbəylinin Yaponiyada ilk dəfə səhnələşdirilən “Arşın mal alan” operettası böyük rəğbətlə qarşılanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər