Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmar Məmmədyarov: Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir VİDEO

Vyana, 10 fevral, AZƏRTAC

Azərbaycan nüvə təhlükəsizliyi sahəsində davam edən tendensiyaları yaxından izləyir. Biz mövcud nüvə təhlükəsizliyi təşəbbüslərini dəstəkləyirik və bu sahədə beynəlxalq çoxtərəfli mexanizmlərə xüsusi diqqət yetiririk. Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) nüvə silahsızlaşdırılması, yayılmama və nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün qlobal rejimin dayağıdır. Nüvə təhlükəsizliyi, xüsusən nüvə silahlarının yayılması ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını bölüşən Azərbaycan müstəqilliyini əldə etdikdən sonra NSYM-ni ratifikasiya etdi və 1995-ci ildə müqavilənin müddətsiz uzadılmasını dəstəklədi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi” konfransındakı çıxışında bildirib.

Nazir deyib: “Biz mövcud və meydana çıxan nüvə təhlükəsizliyi təhdidlərindən narahatıq və onları həll etməyə sadiqik. Mövcud təhlükəsizlik mühitində nüvə və ya digər radioaktiv materialdan zərərli məqsədlər üçün istifadə olunması istisna edilmir. Bu təhdidin qlobal mahiyyəti bütün dövlətlərdən razılaşdırılmış hərəkət tələb edir. NSYM çərçivəsində təminatlar haqqında sazişlərə əməl olunmaması yayılmamaq rejiminin davamlılığına və üzv dövlətlərin təhlükəsizliyinə təhdid təşkil edir. Bu baxımdan, AEBA təminatları beynəlxalq sülhə və təhlükəsizliyə misilsiz töhfədir.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnamələrinə uyğun olaraq, agentliyin yoxlama və monitorinq fəaliyyətini alqışlayırıq. Biz çoxtərəfli danışıqların və diplomatiyanın uğurunu əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) əhəmiyyətini vurğulayırıq. Burada etiraf olunur ki, BHFP-nin müvəffəqiyyətlə həyata keçirilməsi, bütün tərəflərin BHFP-də nəzərdə tutulan üstünlüklərdən tam istifadə etmələri üçün öhdəliklərin tam yerinə yetirilməsini tələb edir.

Beynəlxalq əməkdaşlıq həmişə nüvə təhlükəsizliyi sahəsində səylərimizin mərkəzində olub. İnanırıq ki, bu sahədə əldə olunan irəliləyiş sülhü və təhlükəsizliyi möhkəmləndirir və etimadı artırır. Bu sahədə fəaliyyətlərimiz həmişə məqsədyönlü olub və qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda aparılıb.

Biz nüvə təhlükəsizliyi qaydaları və standartlarının hazırlanmasında AEBA-nın əsas rolunu tanıyırıq və qiymətləndiririk. Azərbaycan agentliklə nüvə təhlükəsizliyinin müxtəlif aspektləri üzrə uğurlu əməkdaşlığı inkişaf etdirib. Biz mövcud səmərəli əməkdaşlığı dərinləşdirməyə hazırıq. Azərbaycan AEBA-nın İnsidentlər və Qeyri-qanuni Dövriyyə üzrə Məlumat Bazasına töhfə verməklə qanunsuz dövriyyə ilə bağlı beynəlxalq məlumat mübadiləsində iştirak edir.

AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2015-ci ildə Azərbaycan Respublikası və AEBA 2015-2020-ci illər üçün Ölkə Proqramının Çərçivə sənədini imzaladılar və o, normativ hüquqi infrastrukturun təkmilləşdirilməsi, radiasiya təhlükəsizliyi potensialı, nüvə materiallarının təhlükəsizliyi, radioaktiv tullantıların idarə olunması, həmçinin sərhəd və gömrük buraxılış məntəqələrinin radiasiya monitorinqi və nəzarəti sahələrində milli layihələrin əsasını təşkil edir.

Azərbaycan, həmçinin BMT-nin nüvə təhlükəsizliyinin gücləndirilməsi səylərini alqışlayır. Bu baxımdan, Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin və sonrakı qətnamələrinin tam şəkildə yerinə yetirilməsinin təmin edilməsi nüvə, kimyəvi və bioloji silahların, eləcə də onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Azərbaycan Nüvə Terrorizmi ilə Mübarizə üzrə Qlobal Təşəbbüsün (NTMQT) tərəfdaş ölkəsi olandan bəri ölkənin nümayəndələri və milli ekspertləri NTMQT tədbirlərində və tematik təlimlərdə fəal iştirak edirlər. Bu forumlar Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməsi çərçivəsində həyata keçirdiyi tədbirləri haqqında məlumat mübadiləsini aparmağa bir fürsət yaratdı. Bundan əlavə, tərəfdaş ölkələrimizlə qanunsuz dövriyyəyə qarşı mübarizə, yayılmama və normativ hüquqi bazanın gücləndirilməsi sahəsində ikitərəfli əməkdaşlığı davam etdiririk.

Nüvə təhlükəsizliyi nüvə texnologiyalarının idarə edilməsində və nüvə və ya digər radioaktiv materialların istifadəsi və ya daşınması mümkün olduğu hallarında fundamental əhəmiyyət kəsb edir. Bununla əlaqədar, Azərbaycanda bu cür materialların qorunması və nəzarətini gücləndirmək və nüvə təhlükəsizliyi hadisələrinə effektiv reaksiya vermək üçün lazımi işlər görülür. Müvafiq tənzimləmə orqanlarının yaradılması, qanunvericilik və qaydaların təkmilləşdirilməsi və inkişafı, nəzarətə pilləli yanaşmanın tətbiqi, habelə müxtəlif beynəlxalq layihələrdə iştirak və beynəlxalq əməkdaşlığın inkişafı mövcud infrastrukturun inkişafına əvəzsiz töhfə verir.

Radiasiya təhlükəsizliyinə nəzarət haqqında qanunvericilik üzərində işimizi davam etdiririk. Artıq Azərbaycan nüvə və radiasiya tullantılarının ölkəyə gətirilməsini qəti qadağan edən normativ akt və qaydaları qəbul edib. AEBA-nın köməyi ilə nüvə və radioaktiv materialların qeydiyyatı və nəzarəti ilə bağlı Azərbaycanın qanunları və digər qanunvericilik aktları beynəlxalq standartlara uyğunlaşdırılır.

Azərbaycan Nüvə Terrorizmi Aktlarına Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyaya və Nüvə Materialının Fiziki Mühafizəsi Konvensiyasına (NMFMK) qoşulmuş və bu Konvensiyaya Düzəlişi təsdiq edib.

Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir. Xüsusilə, bölgədəki radikal ekstremizm və terrorizm təhlükəsi qarşısında və coğrafi vəziyyətimizə görə ərazimizin qanunsuz nüvə ticarəti üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınmasına böyük əhəmiyyət veririk.

Beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində beynəlxalq standartlara uyğun möhkəm qanunvericilik bazası ilə hərtərəfli milli ixrac nəzarəti sistemini işləyib hazırlamışıq. Ancaq ərazimizin iyirmi faizinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən sərhədlərimizin əhəmiyyətli bir hissəsi boyunca lazımi nəzarəti təmin edə bilmirik. Bu vəziyyət qanunsuz fəaliyyət, o cümlədən nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır.

Azərbaycan beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla regionda və dünyada nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi və nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsi nəticəsində yaranan təhdidlərin azaldılması istiqamətində əməkdaşlığı davam etdirmək əzmindədir və bu məsələdə AEBA-nın əməkdaşlığına və dəstəyinə arxalanır. Dünyanın nüvə təhlükəsizliyinin təşviqində bu konfransın əhəmiyyətini vurğulayaraq, Azərbaycan “Nüvə Təhlükəsizliyi: səylərin davam etdirilməsi və gücləndirilməsi” üzrə Beynəlxalq Konfransın Nazirlər Bəyannaməsini dəstəkləyir”.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Elmar Məmmədyarov: Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Mirziyoyev MDB-də inteqrasiya olunmuş logistika mərkəzlərinin yaradılmasının tərəfdarıdır

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib