Respublika Günü ilə əlaqədar musiqili təbrik proqramı canlı yayımlanıb VİDEO
Berlin, 29 may, AZƏRTAC
"Azerbaijani Ladies" klubunun 28 May - Respublika Günü ilə əlaqədar təşkil etdiyi musiqili təbrik proqramı bu gün Avropa saatı ilə 19:00-da “Avropa Azərbaycanlıları/European Azerbaijanis"ın “Facebook” səhifəsində canlı yayımlanıb.
AZƏRTAC xəbər verir ki, proqrama dünyanın 13 ölkəsində yaşayan soydaşlarımız qatılıb. Layihənin məqsədi Respublika Günü ilə əlaqədar olaraq soydaşlarımızı bir araya gətirmək, həmrəylik və vətən sevgisini bir daha nümayiş etdirməkdir. Layihənin rəhbəri və ideya müəllifi Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədlidir. Yayıma Fransa, Belçika, İsveç, Niderland, Estoniya, Azərbaycan, Oman, Nigeriya, Türkiyə, Almaniya, Kanada, Misir və Böyük Britaniyadan vətəndaşlarımız qatılıb.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Berlin