Azərbaycan Dövlət İnformasiya Agentliyi

15 İyun – Milli Qurtuluş Günü milli birlik və həmrəylik ideyalarına yeni məzmun gətirib

15 İyun – Milli Qurtuluş Günü milli birlik və həmrəylik ideyalarına yeni məzmun gətirib

Bakı, 15 iyun, AZƏRTAC

Görkəmli dövlət xadimi Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi dünya azərbaycanlılarının azərbaycançılıq məfkurəsi ətrafında birləşməsinə, milli həmrəyliyə, milli maraqların qorunmasına, vətənpərvərlik hissinin daha da artırılmasına yönələn dahiyanə çağırışdır. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü mühüm, bənzərsiz və əvəzsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Əminliklə deyə bilərik ki, bu tarixin ən parlaq səhifələrindən olan 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təməlinin qoyulduğu günlərdəndir. Dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edən bu tarix məhz Ulu Öndərin imzası ilə gerçəkləşib. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra ölkədə bütün sahələrdə əldə edilmiş uğurların qayəsini məhz milli birlik və həmrəylik konsepsiyası təşkil edib. Məhz Heydər Əliyev dühasının sayəsində azərbaycançılıq ideologiya kimi formalaşıb, milli birlik, milli maraqlar ən qiymətli mənəvi-ideoloji sərvətə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun məqaləsində yer alıb.

Məqalədə deyilir ki, siyasi və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bilir və inanır ki, vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi Heydər Əliyevin siyasi kursunun təməlində dayanıb və bu siyasi xətt kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırılıb.

Milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaradıb. Dünyanın 36 ölkəsindən 200-dən çox təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcını qoyub.

Ümummilli Liderin həmin tarixi tədbirdəki dərin məzmunlu çıxışı dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı ciddi elmi təhlil xarakteri daşıyıb. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artırılması, xarici ölkələrdə ana dilimizin, qədim tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkar siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olub.

Həmin qurultaydan sonra Azərbaycan diaspor hərəkatı yeni bir mərhələyə qədəm qoyub. Ümummilli Lider bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" Fərman imzalayıb. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verib, dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir dövrün başlanğıcını qoyub. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz Vətənlərinə gələ bilər və onları narahat edən məsələləri müzakirə edə bilərdilər.

Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən milli-mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək, həmvətənlərimizlə əlaqələri daha da genişləndirmək kimi ümummilli ideyaları bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Qürur hissi ilə deyirik ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə diaspor təşkilatlarımızın vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanmasının vacibliyini bildirib, bu sahədə ideoloji-siyasi fəaliyyətin dəqiq konturlarını müəyyənləşdirib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmaq qeyri-mümkündür.

Ölkə Prezidentinin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də diaspor quruculuğu işinin təkmilləşdirilməsi prosesinə verilən ən qiymətli töhfə kimi yadda qalıb. Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində məqsəd I Qurultaydan keçən müddət ərzində diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etmək olub. 16 mart 2006-cı il tarixdə keçirilmiş qurultayda Azərbaycan diasporunun mövcud vəziyyəti müzakirə edilib, diaspor təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi işinin daha da təkmilləşdirilməsi, ölkəmizlə bağlı həqiqətlərin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasında yeni metod və texnologiyaların tətbiqi, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub. Qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərar qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu təbliğat və effektiv əks-hücumun təşkili baxımından müstəsna əhəmiyyətə malikdir.

Həyata keçirilən tədbirlər vahid bir məqsədə-diaspor qarşısında duran vəzifələri müəyyən etməyə, Azərbaycan lobbiçiliyini qurmağa, xarici ölkələrdə yaşayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə və diaspor təşkilatlarının mütəşəkkil qüvvə kimi təşkilatlanmasına dəstək verməyə, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporun fəaliyyət istiqamətlərini müəyyən etməyə xidmət edib.

Mübaliğəsiz demək olar ki, müasir Azərbaycanın uğurlu diaspor siyasətinin prioritetləri, sarsılmaz təməl prinsiplərinin əsası məhz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə yaranıb və möhkəmlənib. Bu gün bu sahədə qazanılan nailiyyətlər Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.

Azərbaycanda bütün sahələrdə əldə olunan uğurlar təkcə ölkə daxilində deyil, həm də ölkəmizdən kənarda yaşayan soydaşlarımızın həyatında özünü göstərib, onların doğma vətənlərinə bağlılığını daha da artırıb. Artıq harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvəti sayılan milli birliyə nail olmaq və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi uğrunda bütün güc və bacarığını səfərbər etməyə hazırdır, hətta bunu özünə borc hesab edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi”.

Prezident dəfələrlə vurğulayıb ki, Ümummilli Liderin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm dayağa çevrilərək son illərdə Azərbaycan diasporunun təşkili işini daha da sürətləndirib, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təkmilləşməsini stimullaşdırıb.

Azərbaycan Prezidenti tərəfindən bu siyasət uğurla davam etdirilərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Məhz Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində xaricdəki Azərbaycan diasporu çox mütəşəkkil şəkildə birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib.

Bu gün həm ölkəmizdə, həm də dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlərə imza atan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dünya azərbaycanlılarının birliyində, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müstəsna rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq məlumatlandırma kampaniyası uğurla icra edilir.

Beləliklə, 15 İyun - Milli Qurtuluş Gününün müasir nəticələri Azərbaycan diasporunu daha da gücləndirir, onun aydın fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Dövlət Komitəsi tərəfindən də ölkə başçısının tapşırıqlarına, Komitənin Əsasnaməsinə və digər normativ-hüquqi sənədlərə uyğun olaraq, dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsimizin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimai-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün zamanın tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Xüsusilə, son illər ərzində strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bir çox xarici ölkələrə səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri dərindən araşdırılaraq təhlil edilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə bir çox xarici ölkələrdə Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib. Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Müxtəlif ölkələrdə artıq fəaliyyətə başlayan, gələcəkdə də təsis edilməsi nəzərdə tutulan Azərbaycan Evləri, “Qarabağ” adlı Azərbaycan məktəbləri diasporumuzun imkanlarını daha da artırır. Yeri gəlmişkən qeyd edək ki, Komitə xaricdə fəaliyyət göstərən Azərbaycan məktəbləri üçün xüsusi formatlı “Azərbaycan dili” dərsliyini də hazırlayıb.

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezidentin müvafiq Fərmanı əsasında yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondu da öz növbəsində, dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıraraq diaspor siyasətinin uğurlu icrasına öz töhfəsini verir. Azərbaycan dövlətinin dəstəyi, ölkə başçısı İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısı və bu istiqamətdə verdiyi tapşırıqlar diaspor təşkilatlarımızin bundan sonra da öz səylərini daha da gücləndirəcəyinə böyük ümidlər yaradır.

Hazırda dünyanın müxtəlif ölkələrində 500-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onlar Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, mədəniyyətimizi, adət-ənənələrimizi, Azərbaycan xalqına məxsus dəyərləri təbliğ etməklə xaricdə Vətənimiz haqqında müsbət rəy yaratmış olurlar.

Hər il dünyanın bir sıra ölkələrində milli bayramlarımızla yanaşı, faciə günlərimiz, Xocalı soyqırımının növbəti ildönümü anılır. 2019-cu ilin fevral ayında Avropanin siyasi mərkəzi hesab olunan Brüssel, 2020-ci ildə fevralda Almaniyanın paytaxtı Berlin şəhərində Ümumavropa Qarabağ mitinqi təşkil edildi. Hər iki mitinqdə yüzlərlə Azərbaycan bayrağı və diasporumuzun fəaliyyət göstərdikləri ölkələrin bayraqları dalğalandı. Qarabağla bağlı şüarlar onlarla dildə səsləndirildi. Bu cür möhtəşəm aksiyalar yaddaşlarda, beyinlərdə sözsüz ki, silinməz iz qoydu və orada verilən mesajlar lazımi ünvanlara çatdı. Bu tədbirlər Ulu Öndərin soydaşlarımızın birlik konsepsiyasının bu gün də aktuallığını qoruyaraq, xüsusilə də ümummilli maraqlarda daha çox reallaşma imkanlarını bir daha təsdiq edir.

Artıq əminliklə deyə bilərik ki, Dövlət Komitəsinin beynəlxalq əlaqələri inkişaf edir, xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları ilə əməkdaşlıq qurulur, bu sahədə müxtəlif sənədlər imzalanır.

Hazırda Dövlət Komitəsi ölkəmizdə mövcud olan informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq müxtəlif innovativ layihələr həyata keçirməkdədir. Multimedia məhsullarının sayını artırmaqla Komitə haqqında informasiya boşluğu aradan qaldırılıb. Soydaşlarımızla bağlı video və infoqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırılır. Komitənin internet televiziyası Diaspor TV-nin və Diaspor FM-in aktiv fəaliyyəti, “Vətən uzaqda deyil” adlı verilişin və bu proqramlar çərçivəsində onlayn Azərbaycan dili dərslərinin yayımlanması və s. xaricdə yaşayan soydaşlarımızla əlaqələri yeni müstəviyə daşımağa imkan verir.

Bu gün xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb etmək, onları simvolik və virtual formada birləşdirmək, həvəsləndirmək üçün icra edilən layihə və proqramlar innovativ əsaslara söykənir. Belə layihələrdən Liderliyin inkişafı, Beyin qazanma, E-akademiya və digərlərini qeyd etmək mümkündür.

Qurtuluş günündən bəhrələnən birlik COVID-19-la mübarizədə də özünü göstərdi. Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən soydaşlarımıza müraciət edilərək mövcud vəziyyətdə daha çevik fəaliyyət və mümkün imkanlar daxilində ehtiyacı olan insanlara dəstək göstərilməsi tövsiyə olunub. Bu işlər Macarıstan, Polşa, Türkiyə, Avstriya, Gürcüstan, Almaniya (Berlin və Köln), Ukrayna, İspaniya Krallığı və Estoniyada fəaliyyət göstərən 10 Azərbaycan evi, həmçinin dünyanın 25 ölkəsini əhatə edən və 121 diaspor təşkilatını birləşdirən 11 Koordinasiya Şurası tərəfindən həyata keçirilib.

Təbii ki, bu və bunun kimi saysız-hesabsız faktlar göstərdi ki, dünyanın harasında olursa olsun, soydaşlarımızın ən çətin və həssas məqamlarda bir-birlərinə yardım etmələri, dayaq olmaları və ən əsası dövlətimizin diqqət və qayğısını hiss etmələri, təməli Ulu Öndər tərəfindən qoyulmuş milli birlik və həmrəylik konsepsiyasına sadiqliyin, o cümlədən diaspor quruculuğu işinin uğurlu icrasının parlaq təzahürüdür.

Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, doğma Vətənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb YENİLƏNİB