SİYASƏT


Fransız jurnalistlərə Ermənistanın son hərbi təxribatlıları barədə məlumat verilib VİDEO

Paris, 6 oktyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bir qrup fransız jurnalistlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə səfir son günlər Ermənistanın törətdiyi hərbi təxribatlar barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Bildirilib ki, Türkiyə ölkəmizə yalnız mənəvi və siyasi dəstək verir. Türkiyə Azərbaycana dəstəyini ifadə edərkən beynəlxalq hüquq çərçivəsindən kənara çıxmır.

Azərbaycan-Fransa münasibətlərinə toxunan R.Mustafayev ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğuna baxmayaraq, Fransanın Azərbaycan tərəfindən Dağlıq Qarabağda muzdluların olması ilə bağlı əsassız iddialarına təəssüfləndiyini və bunun heç bir əsasının olmadığını bildirib. Diplomat qeyd edib ki, Azərbaycanın güclü ordusu var və kənar qüvvəyə ehtiyacı yoxdur.

Səfir diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad edir. Ölkəmiz daim münaqişənin sülh və danışıqlar yolu ilə həllinə üstünlük versə də, qarşı tərəfin belə niyyəti olmayıb və daim hərbi təxribatlar törədib.

İyul ayında Ermənistanın hərbi təxribatından danışan səfir xatırladıb ki, düşmən Tovuz istiqamətində Azərbaycanın beynəlxalq sərhədlərini pozub və əsas enerji daşıyıcılarını hədəfə alıb.

Bu gün də Ermənistanın ölkəmizin mülki infrastrukturunu, mülki əhalisini hədəfə aldığını diqqətə çatdıran R.Mustafayev Ermənistan rəhbərliyinin son günlər səsləndirdiyi təxribat xarakterli fikirləri jurnalistlərin diqqətinə çatdırıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin nəticəsiz qaldığını diqqət çəkən diplomat Azərbaycanın regionda mühüm rolundan söz açıb. Deyib ki, çox mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın regionda balanslaşdırılmış siyasət aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.