Bərdənin qisası alındı: Bu şəhərdə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib.