CƏMİYYƏT


Cəlilabad rayon sakinlərindən silah-sursat və narkotik maddə götürülüb VİDEO

Bakı, 1 mart, AZƏRTAC

Cəlilabad rayon sakinlərindən silah-sursat və narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini Səbuhi Qəfərov Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 78 qramdan artıq heroin və 3 metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən etdiyi sövdələşmə əsasında Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyənləşdirilib. Aparılan əməliyyat tədbiri nəticəsində M.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

M.Mürsəlovun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 55 patron, 2 ədəd F-1 əl qumbarası, “Makarov” markalı tapançaya aid 4 patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.