Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Ordusunun 2021-ci il üçün hazırlıq planına uyğun olaraq tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.