REGİONLAR
Naxçıvan Qarnizonu üzrə hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO




Naxçıvan, 9 aprel, AZƏRTAC
Hərbi qulluqçular arasında Naxçıvan Qarnizonu üzrə 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 16 komandanın 48 idmançısı arasından 3 min metr məsafədə hərbiləşdirilmiş kross birinciliyinin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəliblər.
Komanda hesabında 1-ci və 3-cü yerlərə xüsusi təyinatlılar, 2-ci yerə isə motoatıcılar layiq görülüb. Fərdi hesabda 1-ci yerdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Mahir İbrahimov, 2-ci yerdə əsgər Aqşin Hüseynov, 3-cü yerdə isə əsgər Qurban Allahverdiyev qərarlaşıb.
Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən kubok, fəxri fərman və diplomlar təqdim edilib.