SİYASƏT


Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad edib VİDEO

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin rəhbərliyi abidə önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.