SİYASƏT
17 saylı Yasamal III seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqla təchiz olunub
Bakı, 23 dekabr, AZƏRTAC
17 saylı Yasamal III seçki dairəsinin seçki məntəqələrində seçicilərin öz namizədlərinə səs vermələri üçün hər cür şərait yaradılıb.
Dairə seçki komissiyasının sədri Qədir Kərimov AZƏRTAC-a bildirib ki, dairə üzrə seçicilərin ümumi sayı 30 min 482 nəfərdir. Dairənin əhatə etdiyi 28 daimi seçki məntəqəsinin 10-u veb-kamera ilə təmin olunub. Bundan başqa, bütün məntəqələrdə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.
Qeyd edilib ki, 17 saylı Yasamal III seçki dairəsinin 2 saylı seçki məntəqəsində 770 seçici qeydiyyatdadır. Onlardan 6-nın yaşı 80-dən yuxarıdır. On nəfər isə ilk dəfə səs verəcək.
Seçki prosesinin başlanmasından keçən müddətdə seçicilərin fəallığı müşahidə olunur.