Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Vətən müharibəsinin igid kəşfiyyatçılarından olan şəhid polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin doğum günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə nazirliyin bir qrup hərbi qulluqçusu və şəhidin ailə üzvləri, R.Tağıyevin döyüş yoldaşları Şəhidlər xiyabanına gedib, unudulmaz döyüşçünün məzarını ziyarət edib, önünə əklil və qızılgüllər düzərək xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələrinin bundan sonra da əziz tutulacağı bildirilib.

Tədbirdən əvvəl Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxışı zamanı şəhidlər və şəhid ailələri haqqında dediyi ibrətamiz fikirlər səsləndirilib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı.

Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən, günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq.

Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq...”.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamladıqdan sonra şəhid kəşfiyyatçının qısa, lakin mənalı ömür və şərəfli xidmət yolu barədə ətraflı məlumat verərək bildirib ki, zabit R.Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 1999-cu ildə E.Məmmədov adına 3 saylı orta məktəbi, 2003-cü ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.

O, 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının məzunu olub. Hərb elmi işi üzrə dissertasiyasını uğurla davam etdirirdi. Gənc zabit motoatıcı taborun kəşfiyyat taqımının komandirliyindən Kəşfiyyat Baş İdarəsinin baş zabiti vəzifəsinədək yüksəlib.

Vətən müharibəsində polkovnik-leytenant Ruslan Tağıyev cəbhəyə ezam olunub və həmin hərbi hissənin kəşfiyyat rəisi kimi çətin, məsuliyyətli və şərəfli bir vəzifənin öhdəsindən layiqincə gələrək qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində səylərini əsirgəməyib.

Tədbirdə qeyd edilib ki, kəşfiyyat rəisi R.Tağıyev Şuşa şəhərinin azad edilməsinə - Zəfər Gününə dörd gün qalmış Laçın rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub.

Ondan ikisi oğul və biri qız olmaqla üç övladı yadigar qalıb.

Sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə 1-ci, 2-ci, 3-cü dərəcəli, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi “Şəhidlik əbədiyyət zirvəsidir” adlı ədəbi-bədii kompozisiya iştirakçılara qürurlu anlar yaşadıb.

General-mayor Hilal Nəcəfov şəhid zabitin yüksək mənəvi və iradi keyfiyyətlərindən, peşəkarlığından, seçdiyi çətin və şərəfli yolda qarşısına qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsindən, şəxsi şücaət və igidlik nümunələri göstərməsindən iftixar hissi ilə danışıb, şəhidin valideynlərinə belə məğrur övlad tərbiyə etdiklərinə görə minnətdarlıq edib, övladlarını atalarının ad günündə hədiyyələndirib, onların atalarına layiq övladlar kimi böyüyəcəklərinə əminliyini bildirib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, hazırda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov çıxış edərək tədbir iştirakçılarını İsmayıllı rayonunun ictimaiyyəti adından salamlayıb, bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Şəhidin anası Lətifə xanım və atası Fuad müəllim Vətən uğrunda şəhid olanların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin ikinci hissəsi bir neçə gün öncə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ilk təqdimatı keçirilmiş Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinə həsr edilən “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın Bakı və ətraf rayonlarda yaşayan şəhid ailələrinə təqdim olunması mərasimi ilə davam etdirilib.

Müəllif, tərtibçi-redaktor polkovnik Abdulla Qurbani bu kitabda haqqında yazılan hər bir şəhidi yaxından tanıdığını, onlarla təhsil aldıqları xüsusi təyinatlı təhsil müəssisələrində, xidmət etdikləri hərbi hissələrdə, o cümlədən Vətən müharibəsinin odlu-alovlu döyüş meydanlarında dəfələrlə görüşdüyünü, onların göstərdikləri qəhrəmanlıqların şahidi olduğunu vurğulayaraq hər bir şəhidin xatirələrdə əbədi yaşayacağını, mübarək şəhadətləri ilə ən yüksək zirvəyə ucalan şəhidlərimizin məzarlarının xalqımızın ziyarət ünvanına, and yerinə çevrildiyini diqqətə çatdırıb.

Şəhid ailələrinin nümayəndələri dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətlərinin yüksək qiymətləndirildiyini, xatirələrinin əbədiləşdirildiyini, xatirə kompleksləri, bulaqlar, park və xiyabanlar, guşələr yaradıldığını, yazıçı və şairlərimizin, jurnalistlərin onlar haqqında qiymətli əsərlər, məqalələr yazdığını, filmlər çəkildiyini, televiziya və radio verilişləri hazırlandığını yüksək qiymətləndirib və bunun da onlar üçün böyük təsəlli olduğunu qeyd ediblər.

Respublikamızda Şəhidləri Anma Günü və Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları tədbir iştirakçıları tərəfindən də böyük minnətdarlıq hissi ilə qarşılanıb.

Bir neçə ildir ki, “Azərbaycan əsgərinə mənəvi dəstək” aksiyasına qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları - Birinci Qarabağ müharibəsi veteranı prorektor, hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov və dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru Təranə Kərimova çıxışlarında belə nəşrlərin nəinki müasir gəncliyimiz, eləcə də gələcək nəsillər üçün ən gözəl töhfə olduğunu qeyd ediblər.

Hər bir şəhid ailəsinə nəfis tərtibatla nəşr olunan kitabın nüsxələri təqdim olunub.

Tədbir Vətən şəhidlərini və müzəffər Azərbaycan Ordusunu tərənnüm edən vətənpərvərlik ruhunda mahnı və şeirlərin səsləndirilməsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib, şəhid ailələri tədbirdən xoş təəssüratlarla ayrılıb.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir