“Dəniz kuboku” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi dənizçiləri Bakıya qayıdıb VİDEO
Bakı, 6 sentyabr, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Azərbaycan
Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 6-da Azərbaycan hərbi dənizçilərinin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqəyə hərbi dəniz qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.