SİYASƏT
18 saylı Nərimanov-Nizami seçki dairəsinin məntəqələrində səsvermə tam mütəşəkkil qaydada keçir
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də saat 8.00-dan 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb. Səsvermənin şəffaf keçirilməsi və seçicilərin rahat, maneəsiz seçki məntəqələrinə gəlib səs vermələri üçün hər cür şərait yaradılıb.
18 saylı Nərimanov–Nizami seçki dairəsi dairə seçki komissiyasının sədri İslam Muradov AZƏRTAC-a bildirib ki, dairə seçki komissiyasının tərkibində 32 məntəqə və 3 qapalı məntəqə fəaliyyət göstərir. Bütün məntəqələr zəruri avadanlıqla təmin edilib. Ümumilikdə dairə üzrə 46 min 222 nəfər qeydə alınıb. On məntəqədə veb-kamera, iki məntəqədə isə fiziki qüsurlu və gözdən əlil şəxslər üçün pandus quraşdırılıb. Məntəqələrdə seçki prosedurlarına ciddi əməl edilir. Bu saatadək heç bir qanun pozuntusu barədə məlumat və ya şikayət daxil olmayıb.