Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür VİDEO

Bərdə, 27 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

2020-ci il oktyabrın 27-si, Bərdə rayonu, Qarayusifli kəndi... Vətən müharibəsinin 31-ci günü. Cəbhədən xeyli aralıda yerləşən kəndin sakinləri uzaqdan gələn top-mərmi səslərini eşitsələr də, öz adi həyatlarını yaşayırdılar. Elə İsgəndərovla ailəsi də. Ailə başçısı Rövşən təsərrüfatında çalışır, həyat yoldaşı Mətanət xanım ev işləri ilə məşğul idi. Uşaqları 7 yaşlı Aysu və 3 yaşlı Tahirə isə həyətlərində oynayırdılar. Qəfildən eşidilən dəhşətli partlayış səsi bütün kəndin, o cümlədən İsgəndərovlar ailəsinin sükutunu, düzənini pozdu. Balaca Aysunun həlak olması, kiçik bacısının yaralanması ilə nəticələnən həmin dəhşətli hadisədən geriyə göz yaşları, bir də xatirələr qaldı.

AZƏRTAC-ın bölgə müxbiri Bərdə rayonunun Qarayusifli kəndinə gedərək, Ermənistanın raket atəşi nəticəsində həlak olmuş 7 yaşlı Aysunun ailəsi, terror hadisəsinin digər zərərçəkənləri və şahidləri ilə görüşüb.

2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.

Hər gün şəkillərinə baxıb ağlayırıq

Aysunun atası Rövşən İsgəndərov bir il əvvəl yaşadıqları dəhşətli günü belə xatırlayır: “Həmin gün əkin sahəsində traktor işlədirdim. Yuxarıda partlayış oldu. 6-7 saniyə sonra kəndə bombalar tökülməyə başladı. İşi saxlayıb evə tələsdim. Gəldim gördüm ki, uşağın biri yaralıdır, Aysu isə qanın içində uzanmışdı. Artıq həyatda deyildi. Bunu bilə-bilə qucağıma götürüb Bərdə xəstəxanasına apardım. Bu, son ümidim idi. Ancaq təəssüf...”.

Rövşən deyir ki, aradan bir il ötsə də, Aysunun yoxluğuna öyrəşə bilmirlər: “Aysu dəcəl və şən qız idi. Evin qarşısındakı ağacdan asdığımız yelləncəkdə yellənməyi çox sevirdi. Elə son oynadığı yer də ora oldu... Hər gün şəkillərinə baxıb ağlayırıq. Təsəllimiz odur ki, ordumuz Aysunun və qətlə yetirilmiş digər günahsız insanların qisasını alıb. Torpaqlarımız işğaldan azad edilib”.

Aysunun anası Mətanət xanımla söhbət etmək istəsək də kövrəldiyindən danışa bilmədi. “İlk övladımız idi. Bizim üçün çox ağırdır”, - deyib göz yaşlarına boğuldu.

Həmin dəhşətli gün Aysunun kiçik bacısı 3 yaşlı Tahirə də qəlpə yarası almışdı. Bərdə rayon xəstəxanasında əməliyyat olunub, ayağındakı qəlpə çıxarılıb.

Kaş, mən öləydim, Aysuya bir şey olmazdı

Qarayusifli kəndinin raket hücumuna məruz qalması nəticəsində həlak olan və yaralanan sakinlərin əksəriyyəti qonşuluqda yaşayan ailələrin üzvləri idilər. Həmin gün yaralanan Ayna Əkbərova qonşularını bir gün də olsun yaddan çıxarmadığını deyir: “Keçən il bu vaxtı gözüyaşlı idik. Həmin gün hamımız evdə idik. Bombalardan biri evimizin, biri isə tövlənin üstünə düşdü. Gəlinim, ikiyaşlı nəvəm və mən yaralandıq. Qonşularımız Ofeliya, Ehtiram, Aybəniz, Almaz və balaca Aysu həlak oldular. Kaş, mən öləydim, Aysuya bir şey olmazdı. Hər gün onları xatırlayıram, iş görə-görə bayatılar deyirəm...”.

Gözümüz yollarda qalıb...

Ötən il Qarayusiflidə yaşanan faciə bütün kənd sakinlərini sarsıltdı. Kimisi qohumunu, kimisi qonşusunu, kimisi isə doğmalarını, ailə üzvlərini itirdi. İsa Cəfərov isə bir ildir ki, təkcə qonşularının deyil, həm də anasının ağrı-acısını yaşayır. “Möhkəm partlayışdan sonra kəndin üstünə bombacıqlar tökülməyə başladı. Kənd tüstüyə büründü. Qışqırıq, ağlaşma səsi... Çox çətin gün idi. Anam 3 qəlpə yarası almışdı. Anamı xəstəxanaya özüm apardım. Amma əfsus ki, bizi tərk etdi... Bu bir il çox çətin keçdi. Anamın yoxluğuna barışa bilmirəm. Gözümüz yollarda qalıb. Sanki anam qapıdan içəri keçəcək. Tez-tez yuxularıma gəlir”, - deyə İsa Cəfərov bildirib.

İsa Cəfərovun, Ayna Əkbərovanın, Rövşən İsgəndərovun acısı təkcə bir kəndin, bir obanın deyil, bütün xalqımızın acısıdır. İndi həm Qarayusifli sakinlərinin, həm də erməni vəhşiliklərinin acılarını yaşayan hər bir azərbaycanlının ən böyük təsəllisi axıdılan günahsız qanların yerdə qalmaması, Azərbaycan Ordusunun erməni faşizminə qalib gəlməsidir.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfrans keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub