Rusiya səfiri: Əlaqələrin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təminatına imkan verir VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
İnanıram ki, Rusiya-Azərbaycan Ekspert Şurasının iclası və onun nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.
Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan səfir ekspert rəyinin ikitərəfli münasibətlərdə mühüm amillərdən biri olduğunu vurğulayıb. O deyib: “Əlaqələrin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına imkan verir.
Rusiya səfiri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nəqliyyat və kommunikasiyaların yenidən qurulması işi aparılır. 3+3 formatı çox əhəmiyyətlidir. Delimitasiya və demarkasiya məsələlərinin həll edilməsi gündəmdə olan məsələlərdir.