2002-Cİ İLİN ƏN YAXŞI İDMANÇILARINI MONTE-KARLODA MÜKAFATLANDIRACAQLAR
“Novosti” agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərdə deyilir ki, alman avtoyürüşçüsü, “Formula-1” yarışlarında beşqat dünya çempionu Mixael Şumaxer və Braziliya futbolçusu Ronaldo ötən ilin ən yaxşı idmançısı adına namizəd hesab edilmişlər.
2002-ci ildə planetin ən yaxşı idmançısının elan olunacağı mərasim mayın 20-də Monte-Karloda keçiriləcəkdir.
Şumaxer və Ronaldo ilə yanaşı, Amerika qolfçusu Tayqer Vuds, Norveç biatlonçusu Ole-Eynar Börndalen və Amerika velosipedçisi Ləns Armstronq da “ilin idmançısı” adına namizəddirlər.
Ən yaxşı qadın idmançı adı uğrunda yüngül atletlər Merion Cons (ABŞ) və Pola Rədkliff (Böyük Britaniya), Amerika tennisçisi Serena Uilyams, İsveç qolfçusu Annika Sorenstam və Xorvatiya dağ xizəkçisi Yanitsa Kosteliç mübarizə aparacaqlar.
İlin komandası Braziliyanın yığma futbol komandası, “Real” futbol klubu (Madrid), Kanadanın yığma xokkey komandası və “Ferrari” (“Formula-1”) arasından seçiləcəkdir.
Namizədləri 75 ölkədən 400 jurnalist səsvermə yolu ilə müəyyən etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]