2005-Cİ İLDƏ PENTAQONUN BÜDCƏSİ 400 MİLYARD DOLLARI KEÇƏ BİLƏR
2005-ci maliyyə ilində ABŞ-ın müdafiə xərclərini 7 faiz artıraraq 400 milyard dollara çatdıracağı gözlənilir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, Pentaqonun rəsmi saytında artıq gələn ilin büdcə layihəsi dərc olunmuşdur. ABŞ silahlı qüvvələrinin son vaxtlar cəlb edildiyi hərbi əməliyyatların nəticələri büdcədə öz əksini tapmışdır. Pentaqon əlavə vəsaitin bir hissəsini raketdən müdafiə qurğularının yaradılmasına yönəltməyi planlaşdırır.
Hazırda Alyaskada ilk on tutucu raketin yerləşdirilməsinə hazırlıq görülür. Əlavə vəsait ABŞ-ın Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarda itirdiyi texnikanın bərpa edilməsinə də yönəldiləcəkdir.
Pentaqonun fikrincə, müdafiə idarəsinin bütün ehtiyaclarını ödəmək üçün bu vəsait də bəs etməyəcəkdir. Ekspertlər qeyd edirlər ki, çox güman, 2004-cü ilin axırlarında Pentaqona əlavə vəsait ayrılmasının mümkünlüyü məsələsi yenıdən müzakirəyə çıxarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]