2006-CI İLDƏ 10 MİN HEKTAR SAHƏDƏ MEŞƏ SALINACAQDIR
2006-cı ildə salınacaq meşələrin sahəsi 2005-ci ilə nisbətən artırılaraq 10 min hektara çatdırılacaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il 9500 hektar sahədə meşə-bərpa işləri aparılması, o cümlədən 3800 hektar sahədə meşə salınması nəzərdə tutulmuşdu. İlin yekunlarına görə, 9720 hektarda bərpa işləri görülmüş, 3810 hektar sahədə meşə salınmışdır. 38 milyon ting, o cümlədən 200 min zeytun tingi yetişdirilmişdir. Meşə və ting əkinlərində istifadə üçün 200 ton ağac və kol toxumu hazırlanmışdır ki, bunun da 30 tondan çoxu toxum ehtiyatı fondunda saxlanılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müddəalarına uyğun olaraq, şəhər və rayonların abadlaşdırılması və yaşıllaşdırılması üçün 500 mindən artıq ting və toxmacar göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]