2006-CI İLDƏ ABŞ-IN BÜDCƏ KƏSİRİ 400 MİLYARD DOLLARDAN ÇOX OLACAQ
Bu proqnozla ABŞ Prezidenti Administrasiyasının İnzibati-Büdcə İdarəsi direktorunun müavini Coel Kaplan çıxış etmişdir. Bundan əvvəl ehtimal olunurdu ki, martın 1-dən başlanan 2006-cı maliyyə ilində büdcə kəsiri 341 milyard dolları keçməyəcəkdir.
Kaplanın sözlərinə görə, kəsirin artması, ilk növbədə, “Katrina” və “Rita” qasırğaları nəticələrinin aradan qaldırılması ilə əlaqədar büdcədən əlavə vəsait ayrılması ilə bağlıdır. O demişdir: “Büdcə kəsirinin rəsmi proqnozu büdcə layihəsi ilə birlikdə fevralın əvvəllərində açıqlanacaqdır. Lakin elə indinin özündə deyə bilərik ki, kəsir azı 400 milyard dollar, yaxud ümumi daxili məhsulun 3,1 faizi qədər olacaqdır”.
2005-ci maliyyə ilinin 10 ayının yekunlarına görə, ABŞ-ın federal büdcə kəsiri 302,59 milyard dollar təşkil etmiş, 2004-cü ildə büdcə xərcləri onun mədaxil hissəsindən 412 milyard dollar artıq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]