200-dən çox şahmatçı Vüqar Həşimov Akademiyasına toplaşacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 15-23-də beynəlxalq qrossmeyster Vüqar Həşimov Şahmat Akademiyasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində açıq turnir, 10 yaşına qədər uşaqların qrupunda yarış (hər iki turnirdə FIDE reytinqi nəzərə alınacaq), rapid və blits turnirlər keçiriləcək.
Açıq turnir iştirakçılarının ilkin siyahısına qrossmeyster Ülvi Bacarani, FIDE ustası Andrey Mustafin, Məhəmməd Muradlı, ustalığa namizədlər Kənan Qarayev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ayan Allahverdiyeva, Read Səmədov, Mələk İsmayıl, Ümid Aslanov və başqaları daxildir.
Rapid və blits yarışlarında qrossmeysterlər Vüqar Rəsulov, Ülvi Bacarani, Zaur Məmmədov, Ürfan Sevdimalıyev, beynəlxalq usta Orxan Abdulov, FIDE ustaları Elvin Bayramov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Toğrul Həsənzadə, ustalığa namizədlər Əhməd Əhmədzadə, Ayan Allahverdiyeva, Ümid Aslanov və başqaları güclərini sınayacaqlar.
Artıq 200-dən çox şahmatçı festivalda iştirak etmək üçün müraciət edib.
Turnirin baş hakimi FIDE arbitri Cavanşir Bağırovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]