2010-CU İL QIŞ OLİMPİYA OYUNLARININ EV SAHİBİ BOK-UN SESSİYASINDA MÜƏYYƏNLƏŞDİRİLƏCƏKDİR
2010-cu il qış olimpiya oyunlarının harada keçiriləcəyi məsələsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iyulun 2-də Praqada keçiriləcək sessiyasında həll ediləcəkdir. Avstriyanın Zaltsburq, Cənubi Koreyanın Pxençan və Kanadanın Vankuver şəhərləri 2010-cu il qış oyunlarını qəbul etməyə hazır olduqlarını bildirmişlər. Sessiyaya BOK-un prezidenti Jak Roqqe sədrlik edəcəkdir. Səsvermənin nəticələri iyulun 2-də məlum olacaqdır. Ən çox səs toplayan namizəd qalib elan ediləcəkdir. Beynəlxalq Olimpiya Komitəsinin 115-ci sessiyasının gündəliyinə BOK komissiyalarının və qarşıdakı oyunların təşkilat komitələrinin məruzələrinin dinlənilməsi də daxildir. Sessiya “Olimpiya barışığı”nın xeyrinə kampaniyanın başlanmasının elan olunması ilə sona çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]