2011-ci ildə Yevlaxda 90 hektar sahədə yeni meşələr salınmışdır
Yevlax, 4 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”a uyğun olaraq Yevlax rayonunda yeni meşə sahələri salınır.
Yevlax Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ildə 90 hektar sahədə yeni meşələr salınmış, 70 hektar sahədə bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 2 hektar sahədə müxtəlif cinslərdən 80 min qələm basdırılmış, 2 hektar sahədə Eldar şamı, sərv və digər ağaclardan ibarət böyütmə sahəsi yaradılmışdır. 2,5 hektar sahədə tinglik səpilmiş, 3 min 700 hektar meşə və meşə əkinləri suvarılmış, 480 hektar meşə əkinlərində xidmət işləri aparılmışdır. 298 min ağac tingi çıxarılaraq meşəliklərin salınmasında, eləcə də rayonda təşkil edilən ağacəkmə aksiyalarında istifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]