2019-cu ildə dörd Formula 1 festivalı keçiriləcək
Bakı, 31 yanvar, AZƏRTAC
Formula 1 rəhbərliyi 2019-cu ildə dörd yürüş festivalı hazırlayır.
AZƏRTAC “RaceFans”a istinadla xəbər verir ki, qarşıdan gələn mövsümdə festivallar üç ölkədə - aprel ayında, Çin Qran-Prisi ərəfəsində Şanxayda keçiriləcək və dünya çempionatı tarixində mininci Qran-Priyə həsr olunacaq. İki festival ABŞ-da nəzərdə tutulub: Kanada Qran-Prisindən əvvəl Çikaqoda və oktyabr ayında Ostin mərhələsi ərəfəsində Los-Ancelesdə.
Daha bir festival Braziliya Qran-Prisi ərəfəsində Rio-de-Janeyroda keçiriləcək. Maraqlıdır ki, ötən il festivallar dörd başqa şəhərdə - London, Marsel, Milan və Mayamidə təşkil edilib.
Xatırladaq ki, Formula 1-in mövsümqabağı testləri fevralın 19-da Barselonada başlayacaq. Mövsümün birinci yürüşü martın 17-də Avstraliyada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [10:51]
Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq
- 10.06.2026 [02:32]
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib
- 10.06.2026 [00:39]
Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi
- 09.06.2026 [23:56]
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:30]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:28]