REGİONLAR
Dərbəndli tələbə: Ağdamda və Şuşada gördüklərimiz əsl vandalizmdir VİDEO
![Dərbəndli tələbə: Ağdamda və Şuşada gördüklərimiz əsl vandalizmdir VİDEO](/files/2022/1/1200x630/1645431309165056567_1200x630.jpg)
Ağdam, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz Ağdamda və Şuşada evlərin, mədəniyyət mərkəzlərinin dağıdıldığını gördük. Bu, əsl vandalizmdir. Ancaq bu söz gördüklərimizin qarşısında çox yumşaqdır. Belə vəhşilik yolverilməzdir. Öyrəndik ki, ermənilər Ağdam məscidində mal-qara saxlayıblar. Bu, sözlə ifadə edilə bilməyəcək cinayət və rəzillikdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Dərbənd şəhərindən olan iştirakçısı Baqir Aliakmedov söyləyib.
B.Aliakmedov Ağdam və Şuşanın tezliklə bərpa olunacağına inamını ifadə edib: “Bu gün biz gözəl Şuşa şəhərini ziyarət etdik. Həqiqətən də hər bir dərbəndli gənc bu şəhərə gəlməyə arzu edər. Mən çox şadam ki, Şuşa artıq Azərbaycanın nəzarəti altındadır. İnşallah bu şəhər daha da inkişaf edərək mədəniyyət və turizm mərkəzinə çevriləcək. Arzu edirəm azərbaycanlılar Şuşaya qayıtsınlar, şəhər yenidən çiçəklənsin”.