2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti alanların sayı açıqlanıb
Bakı, 18 sentyabr, Aysel Azad, AZƏRTAC
2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 4934 nəfər kredit almaq üçün müraciət edib. Onlardan 1109 nəfərin müraciəti natamam olub. 596 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 451 nəfərin müraciətinə imtina cavabı verilib, 537 nəfərin müraciəti isə banka yönləndirilib.
2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 2241 nəfərə TTK verilib. Onlar arasından 814 nəfərin müraciəti sosial TTK, 1427 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:24]
Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir
- 25.08.2026 [18:14]
Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub
- 25.08.2026 [15:21]
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
- 25.08.2026 [15:02]
Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü
- 25.08.2026 [14:49]