2023-cü ildə Türkiyədən 46,6 min nəfər qeyri-leqal mühacir çıxarılıb
Bakı, 25 iyun, AZƏRTAC
2023-cü ilin ötən dövründə 46 min 633 nəfər qeyri-leqal mühacir Türkiyədən xaric edilib.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib. O, qanunsuz miqrasiya ilə mübarizənin fasiləsiz olaraq davam etdiyini vurğulayıb.
“Qanunsuz miqrasiya ilə mübarizəmiz fasiləsiz olaraq davam edir. 2023-cü il yanvarın 1-dən iyunun 22-dək 46 min 633 mühacir ölkədən xaric olunub, daha 17 min 964 nəfərin çıxarılması ilə bağlı proses gedir”, - deyə Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, iyunun 16-22-də 3 min 192 qeyri-leqal mühacir saxlanılıb, 1831 nəfər isə ölkədən çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]