2027–2030-cu illərdə peşə təhsilinin əhatə dairəsi genişləndiriləcək
Bakı, 14 noyabr, AZƏRTAC
Peşə təhsilinin məzmunu əhəmiyyətli dərəcədə genişlənib. 2011-ci ildən bəri peşə təhsilinə qəbul 113 faiz artıb ki, bu da sahəyə marağın yüksəldiyini təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən direktor müavini Simnar Məmmədov “Bir peşənin sirri” festivalında deyib. O bildirib ki, 2027–2030-cu illər üçün əsas prioritetlərdən biri peşə təhsilinin əhatə dairəsini daha da genişləndirməkdir: “Bu istiqamət əmək bazarının tələbləri ilə uyğunlaşdırılır. Məzmunun yenilənməsi və keyfiyyətin artırılması həlledici amil kimi qiymətləndirilir.
Hər il 15 yeni təhsil proqramı hazırlanır, yeni ixtisaslar formalaşdırılır. Məzmun çevik və tələbat əsaslıdır. Yeni yanaşmanın mühüm elementlərindən biri tədris materiallarının yenilənməsidir. Yerli və xarici müəlliflərin iştirakı ilə 70-ə yaxın yeni dərslik hazırlanıb”.
Simnar Məmmədov əlavə edib ki, işəgötürən amili peşə təhsilində çox vacibdir. Bu səbəbdən bütün ixtisaslar üzrə işəgötürənlərin prosesə cəlb edilməsinə xüsusi diqqət yetirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yadddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]