Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəbər məkanımızın tacı AZƏRTAC VİDEO

Bakı, 1 mart, AZƏRTAC

İyirmi iki əsr öncə böyük yunan mütəfəkkiri Arximed “Mənə istinad nöqtəsi verin” deyirdi.

Hər bir insanın da, hər bir xalqın da, hər bir dövlətin də daim istinad nöqtələrinə ehtiyacı olur. AZƏRTAC yarandığı gündən indi gəlib çatdığı 102 yaşına qədər həmişə Azərbaycan xalqının da, hər bir Azərbaycan vətəndaşının da, bütövlükdə dövlətimizin də mühüm istinad nöqtələrindən biri olub.

102 yaşının tamamında Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC haqqında görüntülü müsahibədə düşüncələrimi bölüşmək istərkən də mən millətimizin vacib istinad nöqtələrindən sayılacaq bir məkanı seçdim. Elə bir nöqtəni ki, düz 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski məhz orada dayanmışdı, 1919-cu il mart ayının 3-ü idi və o, ilk addımlarını atan müstəqil Azərbaycan dövlətinin öz teleqraf agentliyinin yaranması zərurətindən bəhs edirdi, bu işin icrasını Maarif və dini etiqad naziri Nəsib bəy Yusifbəyliyə həvalə edirdi.

Bu tarixi bir an idi və həmin dəqiqələrdə 1 il sonra fəaliyyətə başlayacaq gələcək AZƏRTAC-ın təməli qoyulurdu.

1918-ci il may ayının 28-də Azərbaycan istiqlalını elan etsə də, ilk hökumətimiz Gəncədə yerləşmişdi. Çünki, o zaman Bakı hələ ermənilərin və bolşevik tör-töküntülərin əlində idi. 1918-ci ilin sentyabrında cəsur Qafqaz İslam Ordusu və igid Azərbaycan əsgəri Bakını azad edir və yalnız bundan sonra hökumət Gəncədən Bakıya köçür. Ancaq onların Bakıda rahat çalışa biləcəkləri məkana ehtiyacları vardı. O zaman Metropol mehmanxanası, indi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qərar tutduğu tarixi bina bunun üçün ən münasib məkan sayılırdı. İlk nazirlərimiz burda həm yaşayır, həm də işləyirdilər.

Burada - Nizami muzeyində, indi qurucu babaların şərəfinə “İstiqlal zalı” adlanan məkanda - AZƏRTAC-ın dünəni haqqında təəssüratlarımı bölüşdüyüm yerdə 102 il öncə martın 1-də artıq yeni kabinetdə baş nazir olan Nəsib bəy Yusifbəyli AZƏRTAC-ın fəaliyyətə başladığını elan edirdi.

İnsan da, istənilən bir təsisat da ilk növbədə, imzadan başlanır. AZƏRTAC imzası isə ilk dəfə mətbuatda - Cümhuriyyətimizin rəsmi dövlət qəzeti “Azərbaycan”da 1920-ci il martın 2-də görünüb.

Əlbəttə, belə olmur ki, bir qurumun yaradılması haqda dünən sərəncam imzalanır və o ertəsi gün işə başlayır. Əslində, AZƏRTAC-ın qurulmağa başlaması, onun texniki təchizatının tədarük edilməsi 1919-cu ilin martından başlanmışdı. Həmin ilin aprelindən artıq özü baş nazir kürsüsündə əyləşən Nəsib bəy də, onun AZƏRTAC-ın yaradılması ilə bağlı əməli tədbirləri həyata keçirməyi tapşırdığı Poçt və teleqraf naziri Camo bəy Hacınski də 1 il boyunca gərgin işləmişdilər. Nəhayət ki, çoxdan gözlənilən gün gəlib çatmışdı, AZƏRTAC 1920-ci il martın 2-də “Azərbaycan”ın səhifələrində dərc edilən xəbərləri ilə doğulmuşdu.

AZƏRTAC Azərbaycan Xalq Cümhuriyyətinin son böyük əsəri idi.

“AZƏRTAC” sözünün - ürəyə də, qulağa da rahat yatan və sevilən, artıq hamımıza doğma olan bu kəlmənin ikinci hissəsi, yəni, “tac” kəlməsi, köhnə təbirlə desək, “teleqraf acanslığı” sözlərinin ixtisar olunmuş variantıdır. Lakin “AZƏRTAC” deyəndə, “Azər”dən sonra gələn “Tac” sözünü mən həm də başa qoyulan tac, fərr anlamında qavrayıram. Çünki yaşadığı, xalqa xidmət etdiyi bir əsrlik yol boyunca AZƏRTAC sözün həqiqi mənasında daim Azərbaycan xəbər məkanında tac olub, zirvədə olub, başda olub.

AZƏRTAC-ın Azərbaycan xalqının tarixində, taleyində oynadığı rol misilsizdir. Arxada qalan onillər ərzində müxtəlif dövrlərdə bu təşkilatın adı dəyişdirilib, fəaliyyət istiqamətində müəyyən qədər sıxılmalar, genişlənmələr olub. Amma buna baxmayaraq, AZƏRTAC daim ona həvalə edilmiş ali vəzifəni - xalqı xəbərlə qidalandırmaq, respublikanı mütəmadi düzgün, dürüst informasiya ilə təmin etmək vəzifəsini çox yüksək səviyyədə, ləyaqətlə yerinə yetirib.

Söz yox ki, AZƏRTAC-ın bütün tarixindəki ən əlamətdar dövr dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı zaman kəsiyidir.

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edərək tarix səhnəsindəki böyük yolunu davam etdirməyə başladıqdan sonrakı illərdə AZƏRTAC ilbəil gücləndi, genişləndi və tədricən indiki məqamına - dünya informasiya məkanındakı aparıcı qurumlardan birinə çevrilmək ucalığına yetişdi.

AZƏRTAC-ın bu səviyyəyə yüksəlməsində bərpa edilmiş dövlət müstəqilliyimizin ilk çətin, sınaqlı, mübarizəli illərində ümummilli liderimiz Heydər Əliyevin xidmətləri müstəsnadır.

1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ən böyük bəlalardan biri informasiya blokadasında olmağımız idi. Dünyaya çıxışımızda, həqiqətləri ölkə hüdudlarından uzaqlarda yaymaqda sıxıntılarımız çox idi. Təcavüzə məruz qalmış bir ölkə üçün isə həmin dövrdə Azərbaycanda və onun ətrafında nələr baş verdiyini dünyaya olduğu kimi çatdırmaq son dərəcə əhəmiyyətli idi.

O illərdə Azərbaycanın hələ çox məhdud maddi imkanları, kasıb büdcəsi olmasına rəğmən jurnalistikanın, xəbər yayıcılığının fəlsəfəsini dərindən duyan böyük Heydər Əliyev xarici ölkələrə səfərlərinin hər birində özü ilə çoxsaylı mətbuat işçiləri dəstəsini aparırdı - ən müxtəlif informasiya agentliklərini, jurnalları, qəzetləri təmsil edən jurnalistləri, qələm adamlarını ətrafına yığırdı. Bütün bunların hamısı nəzərəçarpacaq qədər irihəcmli maddi məsrəflər demək idi. Amma Ulu Öndər buna gedirdi. Çünki, yaxşı bilirdi ki, çəkilən xərclərdən qat-qat artıq fayda bizim dünyaya yayılan informasiyamızdır, Vətəndən uzaqlara öz düzgün, təhrifsiz təqdimatımızda çatan soraqlarımızdır.

Həmin səfərlərə çıxanların içərisində daim AZƏRTAC-ın müxbirləri olurdu. AZƏRTAC-ın fotoqrafları və xüsusi müxbiri.

O xüsusi müxbir indi AZƏRTAC-a uğurla rəhbərlik edən və bu qurumun bir çox nailiyyətlərinin qazanılmasında əvəzsiz əməyi olan Aslan Aslanov idi.

Mətbuat siyasətini dövlət işinin həlledici amillərindən biri sayan, bu sahəyə peşəkarcasına bələd olan unudulmaz Heydər Əliyev hər dəfə səfərdən Vətənə qayıdarkən təyyarədə əksərini şəxsən dinlədiyim yekun müsahibələrini verərdi. Həmin müsahibələrin hərəsi bir ustad dərsi idi.

Üstəlik, hər səfərin gedişində və eləcə də axırda, həmin yekun müsahibəsini verərkən Ulu Öndər AZƏRTAC-ın xüsusi müxbiri ilə ayrıca xeyli söhbət edər, müzakirələr aparar, hansı məqamlara məxsusi diqqət yönəltməyi bir dövlət başçısından daha əvvəl ustad redaktor və müəllim kimi anladardı.

Zənnimcə, AZƏRTAC-ın və onun rəhbərliyinin öz fəaliyyətlərində ildən-ilə daha artıq qüvvətlənməsi, qanadlarını geniş aça bilməsi çox mənada elə unudulmaz Heydər Əliyevin həmişə minnətdarlıqla anılmalı ustad dərslərinin bəhrələridir.

AZƏRTAC-ın bugünkü miqyaslarını göz önünə gətirərkən insan iftixar etməyə bilmir.

AZƏRTAC bu gün dünyanın informasiya məkanında artıq öz sanballı yerini tutmuş möhtəşəm bir qurumdur.

Onlarca ölkəni və xəbər qurumlarını əhatə edən Dünya Xəbər Agentliklərinin V konqresi 2016-cı ildə Bakıda keçirildisə, bu, qətiyyən sadə hadisə deyil.

Bu gün AZƏRTAC tərkibində neçə aparıcı ölkənin informasiya agentliklərini birləşdirən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının üzvüdürsə, Avropa Ölkələri Xəbər Agentlikləri Alyansında varsa, vaxtaşırı olaraq Bakıda keçirilən beynəlxalq humanitar forumlarda ayrıca olaraq bir dəyirmi masa AZƏRTAC-ın təşkilatçılığı ilə dünya xəbər agentlikləri üçün ayrılırsa və o masa başına ən müxtəlif ölkələrinin öncül xəbəryayma qurumlarının mötəbər təmsilçiləri toplaşaraq qızğın fikir mübadilələri aparırsa, bu o deməkdir ki, Azərbaycan artıq qlobal məkanda, dünya xəbər şəbəkəsində mərkəzdə dayanan, mühüm tədbirlərə ev sahibliyi etməsi qanunauyğun sayılan dövlətdir.

Başqa sözlə, AZƏRTAC apardığı bu qəbil səmərəli beynəlxalq fəaliyyəti ilə həm də dövlətimizin qüdrətini nümayiş etdirən daha bir diqqətəlayiq göstərici kimi boy göstərir.

Bu gün AZƏRTAC bir poliqlota çevrilibsə, hər gün xəbərlərini ana dilindən savayı dünyanın bir silsilə aparıcı Şərq və Qərb dillərində yayırsa, hazırda dünya ölkələrində 20-dən artıq daimi müxbir məntəqəsi varsa, hər an Azərbaycanda və sərhədlərimizdən çox-çox uzaqlarda ictimai-siyasi, elmi-mədəni həyatın nəbzini tutmağı bacarırsa, 30 il əvvəl əlçatmaz xəyal kimi təsəvvür edilən belə uğurlara öyünməmək olmur.

Bütün istiqamətlərdə böyük Heydər Əliyev yolunun layiqli davamçısı olan və bu xəttimizi daha parlaq zirvələrə aparmağa qadir Prezident İlham Əliyev də hamımızın olan AZƏRTAC-a həssas, qayğıkeş münasibət bəsləyir.

İllərcə ən fərqli ünvanlarda yerləşmiş AZƏRTAC bu gün öz sanbalına yaraşan və ən müasir təminatlı iqamətgaha sahibdirsə, bu da ölkə başçısının, dövlətimizin AZƏRTAC-a münasibətinin və onun fəaliyyətinə verdiyi dəyərin göstəricisidir.

AZƏRTAC-ın arxada qalan onillər ərzində qazandığı nüfuzun ən vacib səbəblərindən biri və əvvəlincisi ondan ibarətdir ki, AZƏRTAC daim peşəkarlara arxalanıb.

102 illik tarixini izləsək, ona şahid olacağıq ki, burada ənənəvi olaraq işini sevən və kamil bilən yüksək peşəkarlar çalışıblar.

Bu gün yenə AZƏRTAC-a rəhbərlik edən, onun fəaliyyətlərini yönəldən insanlar da, bu zəhmətkeş, fədakar qurumun sıra nəfərləri də yüksək peşəkarlardırlar.

AZƏRTAC o qurumdur ki, həftənin 7 günü, 24 saat ərzində daim işləyir və Azərbaycan insanını xəbərlə təmin edir.

İnsan özünə dost seçərkən ən əvvəl onun sədaqətliliyini, etibarlılığını, dürüstlüyünü nəzərə alır. Şanlı bir tarixə çevrilmiş 102 illik dövr ərzində AZƏRTAC sədaqətli olduğunu dürüst olduğunu sübut edib, düzgün olduğunu, etibarlı olduğunu durmadan nümayiş etdirib. Ona görə də mən ürəklə söyləyirəm ki, hər zaman məmnuniyyətlə əməkdaşlıq etdiyim AZƏRTAC mənim əziz dostumdur, AZƏRTAC Azərbaycanın dostudur, AZƏRTAC dünyanın dostudur.

Arzu edirəm ki, bu düzlüyündə, bu sədaqətində, bu etibarlılığında, bu açıqlığında, bu dəqiqliyində AZƏRTAC qarşıdan gələn neçə onillər boyu da indiyədək olduğu kimi davam etsin, həmişə xəbər məkanımızın TAC-ı olaraq qalsın!

Rafael Hüseynov

Milli Məclisin deputatı, akademik 

Xəbər məkanımızın tacı AZƏRTAC VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir