Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar - qürur və şərəf tariximiz

20 Yanvar - qürur və şərəf tariximiz

Bakı, 20 yanvar, AZƏRTAC

XX əsrin sonlarında dünyada gedən geosiyasi dəyişikliklər SSRİ hökumətinin daxili və xarici siyasətində “yeniliklər”lə müşayiət olunmağa başladı. 1985-ci ildə SSRİ rəhbərliyinə gətirilən M.S.Qorbaçov həmişə ziddiyyətli məqamlarla yadda qaldı. Onun “yenidənqurma və aşkarlıq” siyasəti adı altında həyata keçirdiyi demokratiya prinsipləri qərəzli idi. Məhz belə bir şəraitdə həyata keçirilən tədbirlər anti-Azərbaycan xarakteri daşıyırdı. Sovet hökumətinin ikili siyasəti xalqların öz müqəddəratını təyinetmə, müstəqilliklərinin əldə olunması istiqamətində apardıqları mübarizəni sürətləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi Ədalət Mustafayev söyləyib. O bildirib ki, 1988-ci ildən başlayaraq Qərbi Azərbaycandan soydaşlarımızın qovulması, onların öldürülməsi, diri-diri yandırılması, günahsız körpələrin dəmir boruların içərisinə yığılaraq hər iki tərəfdən bağlanaraq ağlagəlməz cinayətlərin həyata keçirilməsi məhz Qorbaçov hakimiyyətinin şahidliyi ilə həyata keçirilirdi. Bir ittifaqın tərkibində 300 minə yaxın azərbaycanlının öz qədim yurdlarından, Qərbi Azərbaycandan qovulmasına biganə qalan sovet siyasi rəhbərliyi beynəlxalq qanunlara əməl etməyərək müttəfiq respublikalara qarşı neqativ siyasəti davam etdirirdilər.

“Bəzən belə sual meydana çıxır - 20 Yanvar faciəsi baş verməyə bilərdimi? Düşünürəm ki, bu sualın cavabını aydınlaşdırmaq üçün bir neçə səbəbi ardıcıl göstərmək müxtəlif təbəqədən olan oxucuda düzgün qənaətə gəlmək imkanı yaradar. 1988-ci ildə iyulun 18-də SSRİ Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsinə cəhd olundu. Müxtəlif təzyiqlər qarşısında geri çəkilən hökumət Arkadi Voskini oraya səlahiyyətli nümayəndə təyin etdi. Dağlıq Qarabağ Muxtar Vilayətində erməni əhalisinin Ermənistanla əlaqələrinə üstünlük verən bu şəxs Azərbaycan SSR qanunlarına məhəl qoymur, bölgənin müstəqil olmasına və yaxud Ermənistana birləşdirilməsinə cəhd edirdi. Bunun ardınca 1989-cu il yanvarın 12-də Qarabağda Xüsusi İdarə Komitəsi yaradılır və Arkadi Volski komitənin sədri təyin edilir. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və Ermənistanla vəziyyəti gərginləşdirməyə marağı olan güclər Azərbaycana təzyiq etmək, milli oyanışı birdəfəlik məhv etmək üçün ciddi bəhanələr axtarırdılar. Goranboy rayonu ərazisində salınmış Şaumyankənd rayonu var idi. Separatçı qüvvələrin və onların xarici havadarlarının təbliğatı nəticəsində orada olan erməni əhalisi bu ərazinin də 1989-cu ilin iyulunda DQMV-ə birləşməyi tələb edəndən sonra siyasi vəziyyət daha da gərginləşmişdi. Amma Mərkəz buna da biganə qalır və yeni bəhanələrə şərait yaradırdı”, - deyə Ə.Mustafayev qeyd edib.

O bildirib ki, Ermənistanın açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışması və SSRİ rəsmiləri tərəfindən buna heç bir reaksiya bildirilməməsi sovet hökumətində qanunların işləmədiyi qənaəti yaratmışdı. Məhz Mərkəzin hadisələrə belə mövqe nümayiş etdirməsi haqsızlıqdan qəzəblənmiş əhalini ayağa qaldırmışdı. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində “fəaliyyət göstərən” Respublika Təşkilat Komitəsinin 1990-cı il yanvarın 10-da Xankəndini tərk etməsi də ümidləri tamamilə məhv etmişdi.

“1990-cı il yanvarın 15-nə qədər Bakıda qalan ermənilərin sovet xüsusi xidmət orqanlarının marağına uyğun olaraq qarşıdurma yaratması nəticəsində SSRİ rəhbərliyinin Bakıya qoşun yeritməsi mürəkkəb olan vəziyyəti daha da gərginləşdirir. 1990-cı il yanvarın 19-da gecə saat 12:00 radələrində 60 minə yaxın silahlı qüvvənin vəhşicəsinə müxtəlif istiqamətlərdən hücuma keçməklə əliyalın insanları tapdalayaraq, silahlardan atəş açaraq Bakı şəhərinə daxil olması böyük faciəyə səbəb oldu. Burada bir məsələni xüsusi olaraq qeyd etmək yerinə düşər ki, sovet əsgərləri kortəbii şəkildə binalara atəş açırdılar, hətta təcili tibbi yardım maşınlarını belə tanklarla əzib keçirdilər. Sonrakı dəqiqləşdirmələr onu deməyə əsas verir ki, Bakıya yeridilən qoşunların içərisində Stavropol diyarından toplanmış ermənilər olub”, - deyə o əlavə edib.

Ə.Mustafayev bildirib ki, bu vəhşiliyə baxmayaraq, Azərbaycan xalqının xalqın əzmini qırmaq mümkün olmadı. O zaman Moskvada olan və siyasi sistemin təzyiqi altında bütün təhlükələrə baxmayaraq, hadisənin səhəri günü Ümummilli Lider Heydər Əliyev ailəsi ilə birlikdə Azərbaycanın daimi nümayəndəliyinə gələrək Qorbaçov hakimiyyətinin amansızlığı haqqında bəyanat verdi. Ulu Öndərin bu bəyanatı Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı. 20 Yanvar şəhidlərinin mütəşəkkil şəkildə dəfninin təşkilinə nə qədər maneələr olsa da, yanvarın 22-də milyonların müşayiəti ilə müstəqillik uğrunda canından keçmiş şəhidlər dəfn olundular.

“Beləliklə, qeyd edə bilərəm ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəmanlarımızın ruhu şaddır. Artıq o hadisədən 34 il keçir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu strategiya əsasında güclənib, bu strategiyaya sadiq qalan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilib”, - deyə Ə.Mustafayev fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir