Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar – Xalqın sınaq imtahanı

20 Yanvar – Xalqın sınaq imtahanı

Bakı, 18 yanvar, AZƏRTAC

1980-ci illərin sonlarından etibarən Azərbaycan əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Öz haqqının sahibi olmaq zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı il yanvarın 20-də sınaq imtahanı verdi. 20 Yanvar faciəsindən ötən 35 ildə çox şey, bəlkə də hər şey dəyişib. Dəyişməyən isə həmin qanlı hadisəyə münasibət və onun bizim tarixi taleyimizdə daşıdığı missiyadır. İndi, bu günlərdən həmin çağlara baxanda çox şey bizə vahiməli görünür. Əslində, bu təəssüratı doğuran zamanın özünün obrazıdır. Bir-birini əvəzləyən kataklik proseslər - 20 Yanvar faciəsi, ondan bir il sonra jurnalist Salatın Əsgərovanın qətli, 20 noyabrda müəmmalı vertalyot qəzası, daha bir il sonra törədilən Xocalı soyqırımı, bir-birini əvəzləyən torpaq itkiləri və s.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Elnarə Akimova deyib. O bildirib ki, bu faciələrin arasında 20 Yanvar həm də milli özünüdərkin faktı kimi yad edilir: “Bu 35 ildə hadisəyə hər cür - siyasi, hüquqi, mənəvi və s. baxış bucaqlarından münasibət sərgilənib. Bəs məlum faciə bizim düşüncəmizə qatdığı hansı çalarlarla xarakterizə olunur? Cavab birmənalıdır: ilk növbədə, şəhid obrazı və bu adın ehtiva etdiyi ağrı və qürur simvolikası - şəhid oğullar, şəhid anası, şəhidlər məzarlığı, şəhid şəhər, şəhid şair və s. Sovet dövründə təbliğ olunan bayağı vətənpərvərlik ideyalarının vurduğu əxlaqi-mənəvi zərbənin şüuraltı kompensasiyasının ifadəsi olaraq vətənpərvərlik mövzularından, ümumən ictimai-siyasi tematikadan imtina edən lokal düşüncə 1990-cı illərdən başlayaraq yenidən bu ali mövzuya qayıtmağı vacib bildi. Vətən və vətənpərvərlik anlayışları önə keçdi, vətəndaş cəmiyyətinin göstəricisi hesab olunmağa başladı”.

Millət vəkilinin sözlərinə görə , bu faciə yaşatdığı acı qədər, həm də bir xalqın tanıtım günü idi. Sınmayan qürurunun, sarsılmayan vüqarının ən yayğın atəş, odlu silah qarşısında belə qaya kimi duruşu idi. Ona görə biz 20 Yanvara təkcə qara gün kimi boylanmamalıyıq, həmin gün azadlığa, müstəqilliyə doğru gedən yolun təməlini qoydu. Ən başlıcası isə, xalqın özünü dərk etməsinə, öz düşmənini tanımasına stimul oldu.

Elnarə Akimova bildirib ki, Ümummilli Lider Heydər Əliyev hadisənin baş verdiyi ilk günlərdə mənsub olduğu və ömrünün böyük bir hissəsini vicdanla xidmət etdiyi Kommunist Partiyasına ilk kəskin etirazını bildirənlərdən oldu: “O zaman Moskvada təcrid şəraitində yaşayan, xalqından uzaq salınmış Ulu Öndər Heydər Əliyev dərin kədər içində, lakin böyük cəsarətlə, onu gözləyə biləcək təhlükələrə məhəl qoymadan, yanvarın 21-də Moskvada Azərbaycanın nümayəndəliyinə gəldi və hadisəni törədənləri ittiham edən bir nitq söylədi. Bu çıxış, Azərbaycan xalqının haqq səsini bütün dünyaya bəyan etməklə yanaşı, ağır günlərdə insanların təsəllisinə çevrildi.

Heydər Əliyev 1991-ci il iyulun 19-da Moskvaya, İttifaq Nazirlər Soveti partiya təşkilatına göndərdiyi ərizədə isə ölkəni uçuruma yuvarlatmış ali hakimiyyəti konkret ittihamlarla – 1990-cı ilin 20 Yanvar hadisələrinə görə, erməni millətçiliyinə havadarlığına görə, saxta demokratiya oyunları və şəxsiyyətinə qarşı təqiblərə görə geniş tənqid edərək Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi”.

Sonralar Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında ürək ağrısı və yanğı ilə 20 Yanvar faciəsinə münasibətini belə izhar edib: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin mövqeyi Prezident İlham Əliyevin də hakimiyyətdə olduğu bütün dövrlər ərzində qorunub, 20 Yanvar şəhidlərinin xatirəsinin əziz tutulması üçün yüksək diqqət və həssaslıq davam etdirilib: “20 Yanvar faciəsindən uzaqlaşdıqca onun ağrılarına mənəvi cəhətdən daha həssas, daha yaxın olmağa başlayırıq. Baş verənlərə analitik münasibətin dramatizmi artdıqca müharibənin bəlalarını daha real şəkildə qavrayırıq. Bir incə məqamı da qeyd etmək yerinə düşər. 20 Yanvar hadisələrindən sonra qeyd etdiyimiz kimi ard-arda sıralanan faciələrimizin miqyası o qədər böyük və çeşidli oldu ki, 20 Yanvar mövzusu daha qlobal, vüsətli səciyyə alaraq müharibə mövzusu ilə əvəzləndi, ümumən Qarabağ probleminin içində əriməyə başladı. Amma bütün hallarda milli qürur və şərəf tarixi kimi Zəfərə aparan yolun müqəddəratına çevrilmək statusu qazandı.

20 Yanvar hadisəsi Vətən üçün ölməyin, canını qurban verməyin nümunəsini göstərdi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir