Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar faciəsi: İnsanlıq əleyhinə cinayət və soyqırımı

20 Yanvar faciəsi: İnsanlıq əleyhinə cinayət və soyqırımı

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar hadisələrinin 34-cü ildönümündə həm xronoloji, həm siyasi baxış metodologiyası proseslərin səbəb və nəticəsi arasında əlaqəni tapmağa, məsələni daha aydın formada dərk etməyə imkan yaradır. Xüsusən torpaq və sərhəd bütövlüyünü, bütün ərazilərində konstitusiya quruluşunu bərqərar etmiş qalib ölkənin vətəndaşı olaraq proseslərə daha aydın rakursdan baxa bilirik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı məqalədə yer alıb. Məqaləni təqdim edirik.

Xronoloji baxımdan diqqət yetirsək, aydın görmək olur ki, 20 Yanvar ilk növbədə Qərbi azərbaycanlı soydaşlarımıza qarşı törədilən soyqırımı cinayətləri ilə üzvi formada bağlı olan mütəşəkkil fəaliyyətin davamıdır. 1987-ci ildə Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən azad olunduqdan sonra istər Ermənistan, istərsə də Azərbaycan ərazisində yaşayan soydaşlarımız məhz başsız qaldıqları üçün rahatlıqla hədəfə alına bilirdi. Azərbaycanın ozamankı rəhbərliyi isə Qorbaçov komandasının xeyir-duası ilə azərbaycanlıların təzyiq və qətliamlara məruz qalaraq indiki Ermənistan ərazisindən qovulmasına sadəcə xəyanətkarcasına susurdu. Nəticədə Ermənistan SSR Ali Soveti Qorbaçovun dəstəyindən və Azərbaycanın ozamankı rəhbərliyinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd qorxaq mövqeyindən “cəsarətlənərək” 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR ilə birləşməsi haqqında qərar qəbul etdi. 20 Yanvar hadisələrindən cəmi 4 gün əvvəl - 1990-cı il yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyətin elan olunması haqqında” fərmanı imzalandı və bu məqsədli qərar prosesin daha da dərinləşdirilməsinə gətirib çıxardı.

Mərkəzin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydliklə yanaşması Prezident İlham Əliyevin 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Sərəncamında ifadə edildiyi kimi “Azərbaycanın ozamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları” xalq içində ciddi hiddət yaradır və etirazlara səbəb olurdu. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, “Xalqın bütün məsuliyyəti öz üzərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı”. Düyün nöqtəsi və Qorbaçov rejiminin özünü ifşası da məhz buradan başlandı. Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların böyük kontingenti Bakıya və Azərbaycanın digər bölgələrinə yeridildi. Bu, SSRİ rəhbərliyinin Azərbaycanda haqq-ədalətin bərqərar olunmasını tələb edən xalqa açıq divan tutmaq niyyətinin bəyanı idi. Çünki Sovet İttifaqının Bakıda da, Azərbaycanın digər bölgələrində də dislokasiya olunmuş ordu, o cümlədən Daxili Qoşun hissələri mövcud idi. Lakin azərbaycanlılarla birgə yaşayan bu hərbi hissələrin arzu olunan formada amansız davranacağı və xalqın milli mənliyini alçaltmaq üçün sovet hərb maşınının gücünü lazımi səviyyədə nümayiş etdirəcəyi şübhə doğururdu. Qorbaçov rejimi çıxış yolunu Bakıya qoşun yeritməkdə gördü, nəticədə 1990-cı il yanvarın 20-də Bakıda və ölkənin digər bölgələrində misli görünməmiş vəhşiliklər törədildi. Totalitar kommunist rejimi xüsusi qəddarlıqla müşayiət olunan hərbi təcavüzə azərbaycanlıların iradəsini qırmaqla yanaşı, həm də onların Qərbi Azərbaycandan zorakılıqla qovulması və ozamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi reallıqlarını qəbul etdirmək vasitəsi kimi niyyəti güdürdü. Nəticədə təkcə bir gecədə Bakıda və Azərbaycanın rayonlarında bütövlükdə 131 nəfərin şəhadətə ucalması, 4 nəfərin itkin düşməsi, 744 nəfərin yaralanması və 841 nəfərin qanunsuz həbsi ilə müşayiət olunan dəhşət yaşandı. Lakin sovet rejimi öz məqsədinə nail ola bilmədi. Ümummilli Lider Heydər Əliyevin yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına 2000-ci il 29 dekabr tarixli müraciətində də bəyan etdiyi kimi “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

Göründüyü kimi, 20 Yanvar qırğını yalnız Bakıda sovet rejimi əleyhinə etirazların amansızlıqla yatırılması kimi sadə məzmuna malik deyil. 20 Yanvar hadisəsi mərkəzin və yerli dairələrin maraqlarının uzlaşdığı mürəkkəb konfiqurasiyanın pik nöqtəsidir. Daha dəqiq desək, Moskvada Qorbaçovun və komandasının öz maraqları, Bakıda isə həm Vəzirov və Mütəllibovun, həm də müxalifət funksiyasını yerinə yetirən Xalq Cəbhəsi rəhbərliyinin öz niyyətləri var idi. Bu qüvvələr 20 Yanvara hədəfləri naminə fürsət kimi baxırdı. Qorbaçov üçün 20 Yanvar hadisələri azərbaycanlıların milli iradəsinin qırılması üsulu, Azərbaycanın ovaxtkı hakimiyyəti üçün iqtidarda qalmaq, Azərbaycan Xalq Cəbhəsi üçün isə hakimiyyətə gəlmək imkanı idi. Bu prosesdə sovet totalitar maşınının amansızlığı qədər Azərbaycanın yerli hakimiyyətinin qorxaqlığı və prinsipsizliyi, Azərbaycan Xalq Cəbhəsinin isə xəyanətkarlığı ikrah doğurur.

Törədilmiş cinayət və nəticələri təkzibedilməz olsa da, respublikanın ovaxtkı rəhbərliyi baş vermiş faciənin mahiyyətini ört-basdır etməyə çalışmış, xüsusən informasiya blokadası yaradılması üçün bütün imkanlar səfərbər edilmişdi. Ölkənin siyasi və dövlət rəhbərlərinin əksəriyyəti şəhidlərin dəfn mərasiminə və Azərbaycan SSR Ali Sovetinin faciə ilə bağlı 1990-cı il yanvarın 22-də çağırılmış sessiyasına gəlməyə lüzum görməməklə törədilmiş qırğınlarda öz təqsirlərini dolayısı ilə etiraf etmiş oldular. Lakin xəyanətkar gedişlər bununla kifayətlənmədi. 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları həmin dövrdə heç bir istintaq tədbiri həyata keçirməmiş, dövlət istintaq komissiyasına təhvil verilmiş konkret dəlil və sübutların mühüm hissəsi qəsdən məhz Mütəllibovun komandası tərəfindən Azərbaycandan çıxarılıb aparılmış, həmçinin cinayətlə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv məlumatları məhv edilmişdi. Nəticə etibarilə Baltikyanı ölkələrdə, Gürcüstanda, Orta Asiyada baş vermiş analoji hadisələr ittifaq səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsinin üzərindən, demək olar ki, sükutla keçilmişdi.

20 Yanvar cinayət üçbucağının üçüncü bucağı isə qeyd edildiyi kimi, Azərbaycan Xalq Cəbhəsidir. Qorbaçov “yenidənqurması”nı dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Azərbaycan Xalq Cəbhəsi komendant saatı elan edilməsinə baxmayaraq, məhz özlərinin maraqlarını rəhbər tutaraq xalqa qanunsuz çağırış etməklə, əslində, milli iradəni qırmaq üçün fürsət gözləyən totalitar rejimə güc göstərmək fürsəti yaratdı. Düzdür, bu gün Xalq Cəbhəsi xalqı küçələrə çağırmağı milli mübarizə elementi kimi xarakterizə edir, lakin bu məqamda başqa bir sual çıxır, bəs 20 Yanvar hadisələrində xalqı meydanlara səsləyənlər özləri harada idi? Əgər Xalq Cəbhəsi sovet rejiminə qarşı çıxmaqda səmimi idisə, özü də xalq kütlələrinin önündə olmalı idi. Sonralar yayılan çoxsaylı faktlar sübut edir ki, Azərbaycan Xalq Cəbhəsinin yeganə məqsədi xalqın qanı hesabına hakimiyyəti zəbt etmək idi.

Təsadüfi deyil ki, 1990-cı il yanvarın 20-də xalqın qanı hesabına ilk cəhddə hakimiyyətə gələ bilməyən bu qüvvələr 1992-ci ildə Xocalı faciəsi və bir neçə rayonun qurban verilməsi hesabına hakimiyyəti zəbt etmişdilər. Yəni, əslində Xalq Cəbhəsi üçün maraqlı olan xalqın faciəsinə siyasi-hüquqi qiymətin verilməsi yox, iqtidara gəlmək idi və bu mənada 20 Yanvar faciəsi ilə bağlı proseslərin araşdırılmasında elə Azərbaycan Xalq Cəbhəsi özü də mahiyyətcə kommunist hakimiyyəti qədər maraqlı deyildi. Cəbhəçilərin kifayət qədər təmsil olunduğu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 20 Yanvar hadisələrinə hüquqi qiymət adı ilə xalqa sırıdığı 1992-ci il 19 yanvar tarixli qərarın səthi xarakter daşıması və özünü doğrultmaması bunu bir daha sübut edir. Ümummilli Lider Heydər Əliyev 1994-cü il yanvarın 12-dəki məşhur çıxışında həmin qərarı elə 20 Yanvar hadisələrinin özü miqyasında cinayət hesab edirdi. “Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.

İqtidara gələnə qədər populizm naminə, hakimiyyətin devrilməsi üçün situasiya formalaşdırmaq üçün 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə “çıxış edən” Azərbaycan Xalq Cəbhəsi özü hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün konkret bir addım atmamış, keçmiş SSRİ-nin və Azərbaycanın ozamankı rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət yenə də bağlı qalmışdı. Əslində bu, bir daha göstərdi ki, 1992-ci ilin may-iyun aylarında hakimiyyəti zəbt edən AXC-Müsavat birliyi özündən əvvəlki hakimiyyətdən heç də üstün deyil, əksinə Ulu Öndərin də ifadə etdiyi kimi, “Əgər Mütəllibovun hakimiyyəti dövründə ziddiyyətli daxili və xarici siyasət yeridilirdisə, dövlət idarəçiliyi Moskvanın diktəsi ilə aparılırdısa və hər şey SSRİ-nin bərpa olunmasına tabe edilirdisə, indi beynəlxalq siyasətin obyektiv reallıqlarına, Azərbaycan vətəndaşlarının istək və arzularına zidd, obyektiv gerçəkliyi nəzərə almayan, məqsəd və məramı aydın olmayan, dövlət üçün xüsusi təhlükə kəsb edən siyasət yeridilirdi”. Bu isə elə mahiyyətcə Azərbaycanda daha zərərli bir tendensiyanın, neobolşevizm ab-havasının bərqərar olması demək idi.

Dünya birliyinin reaksiyasına gəlincə, bu gün “azadlıq, insan haqları və demokratiya”dan dəm vuran Qərb o zaman da riyakarcasına davranaraq, 20 Yanvar cinayətini Qorbaçovun “İslam hərəkatı” üzərində qələbəsi kimi təqdim etdi. Hətta həmin vaxt ata Buş, Marqaret Tetçer və bəzi digər Qərb siyasiləri əliqanlı sovet liderinə təbrik teleqramları da göndərmişdilər. Bu, hələ o zaman Qərbin ikiüzlü mahiyyətinin ifşası idi.

Beləliklə, 20 Yanvar hadisələri həm də xəyanətkar və riyakar dairələrin üzə çıxması üçün barometr rolunu oynadı. Xalq xüsusən ölkənin faciəsi üzərindən siyasi dividend güdənləri tanıdı. Bütün xəyanətlər fonunda xalqın milli ruhu sınmadı və tariximizin bütün taleyüklü dövrlərində olduğu kimi, 20 Yanvar hadisələrində də xalqın əzminin qırılmamasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynadı. O zaman Moskvada təcrid edilmiş vəziyyətdə yaşayan dahi Lider faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə həyatlarını təhlükəyə ataraq, Azərbaycanın SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gələrək bu qanlı əməliyyata və partiya rəhbərliyinə kəskin etirazını bildirdi. Məhz bu hadisədən dərhal sonra Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan qatıldı. Ozamankı hakimiyyətin qorxaq və satqın mövqeyindən fərqli olaraq, Ümummilli Lider Azərbaycana, Naxçıvana qayıtdıqdan sonra - 1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsinə hüquqi qiymət verərək baş verənləri Azərbaycan xalqının suveren hüquqlarına qəsd elan etdi. Qəbul olunan sənəddə Ali Məclis 20 Yanvar hadisələrini işğalçı siyasət, dəqiq düşünülmüş hərbi təcavüz, insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması və Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirdi.

Sonrakı dövrlərdə də Ulu Öndərin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi istiqamətində ardıcıl səyləri davam etdi və Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev 20 Yanvar məsələsini bir daha gündəmə gətirdi: “Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.

1991-ci il iyunun 19-da Ulu Öndər SSRİ Nazirlər Kabinetinə məktub göndərərək 20 Yanvar hadisələrinə yenidən diqqət çəkərək totalitar rejimi bir daha ifşa etdi: “Yanvar hadisələrindən ilyarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Nəzərə alaq ki, Ümummilli Lider bu cəhdlər zamanı ölkədə siyasi hakimiyyətdə deyildi, əksinə özü də təqib olunurdu. Lakin o, bir daha sübut etdi ki, xalqın mənafelərini qorumağa vəzifə borcu yox, həyat amalı kimi baxıb.

Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra isə ölkə rəhbəri kimi bu istiqamətdə mühüm addımlara start verdi. Ümummilli Lider Prezident seçildikdən cəmi üç ay sonra “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı” 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini tövsiyə etmiş, parlament isə məsələyə xüsusi sessiya həsr edərək, bir neçə gün davam edən iclaslarda proseslərin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları ifşa etmişdir. 1994-cü il martın 29-da Milli Məclisin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etməsi ilə, nəhayət ölkə səviyyəsində bu qətliamla bağlı hüquqi mövqe sərgiləndi.

Bu gün ötən 34 illik dövrə diqqət edərkən bir şeyi qəti şəkildə deyə bilərik, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi həm beynəlxalq, həm dövlətdaxili hüquq müstəvisində baxdıqda, eyni zamanda, əməlin subyektiv cəhətini, motiv və məqsədini təhlil etdikdə, Azərbaycan xalqına qarşı törədilmiş cinayət və soyqırımı olmaqla, əslində bəşəriyyət, humanizm və insanlıq əleyhinə həyata keçirilmiş dəhşətli əməldir. Amma vəhşicəsinə qətllər, çoxsaylı yaralılar Azərbaycan xalqının əzmini qıra bilmədi, Prezident İlham Əliyevin dediyi kimi, 20 Yanvar bizim böyük faciəmiz, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə çevrildi. Qəhrəmanlıq prizmasından baxdıqda isə 20 Yanvar hadisələrinin çoxsaylı xəyanətkarları və cinayətkarları qarşısında yalnız iki qəhrəman obrazı var: Heydər Əliyev və Azərbaycan xalqı. Məhz bu prosesdə xalq Heydər Əliyev böyüklüyünün bir daha fərqinə vardı, məqsədli şəkildə formalaşdırılan anti-Əliyev təbliğat pərdəsini darmadağın edərək yenidən ona üz tutdu. Heydər Əliyev yoluna yenidən üz tutmaq, əslində, milli oyanışa, qələbələrə, inkişafa gedən yolun başlanğıcı oldu. Bu gün Vətən müharibəsində və antiterror tədbirlərindəki zəfərlərimizlə işğala, təcavüzə, separatizmə son qoymaqla həm də özünün ən qüdrətli dövrünə qədəm qoyan Azərbaycan dövlətinin hər bir vətəndaşı bu reallıqları dərk edir, milli qisasımızın məhz hərbi-siyasi qələbələrimizlə alınmasının qürurunu yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir