20 Yanvar faciəsi qurbanlarının xatirəsi Füzuli rayonunda da yad edilmişdir
Füzuli, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikanın hər yerində olduğu kimi, Füzuli rayonunda da yad edilmişdir.
Rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Bala Bəhmənli kəndində ucaldılmış abidənin önünə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirmişlər.
Burada keçirilən mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışmışlar. Bildirilmişdir ki, xalqımızın milli azadlıq hərəkatını boğmaq üçün Azərbaycana sovet ordusunun nizami qoşun hissələri yeridilmiş, nəticədə 147 günahsız insan qətlə yetirilmiş, yüzlərlə adam ağır yaralanmış və xəsarət almışdır. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiya cəlladlarının əsl niyyətlərini bütün dünyaya bəyan etmişdir.
Rayonun bütün kənd və qəsəbələrində 20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbirlər keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]