Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Milli Qurtuluşdan Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib VİDEO

Bakı, 15 iyun, AZƏRTAC

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan “Milli Qurtuluşdan Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib.

AZƏRTAC xəbər verir ki, ilk tədbir Bakının Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində təşkil olunub.

Müdafiə Nazirliyi və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, Müdafiə Nazirliyinin, Qaradağ Rayon İcra hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbi dənizçilər, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Hərbi Dəniz Qüvvələrinin qərargahı qarşısında ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunaraq önünə qızılgül çələngləri və gül dəstələri qoyulub.

Ulu Öndərin və respublikamızın suverenliyi, ərazi bütövlüyünün qorunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsinin Zəfər bayrağı hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında təntənə ilə gətirilib. İştirakçılar Zəfər bayrağına təzim edərək alqışlarla qarşılayıblar. Vətənpərvərlik tədbiri aylığı çərçivəsində ilk tədbirə ev sahibliyi edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov tədbir iştirakçılarını salamlayaraq deyib: “Bu gün ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan hakimiyyətinə qayıdışının ildönümüdür. Azərbaycanın iqtisadi, siyasi, mədəni yüksəlişinə qədəm qoyduğu, ölkəmizin ordu quruculuğunda yeni bir mərhələnin başlandığı gündür. Ordu ilə xalqın monolit birliyinin bayramıdır. Nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, qalib Vətən əsgəri var Ulu Öndərimiz ürəklərdə, xatirələrdə əbədi yaşayacaq və onun müqəddəs ruhu bizi daha nurlu, parlaq gələcəyə aparacaq”.

Hərbi Dəniz Qüvvələrinin komandanı böyük qürur hissi ilə bildirib ki, Ulu Öndərin özü qədər inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın şan-şöhrəti bütün dünyaya yayılır. Möhtəşəm layihələr reallaşır. Ölkəmizin müdafiə qüdrəti günü-gündən daha da möhkəmlənir. Hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı, qalib ordunun əsgəri olması ilə fəxr edir. Azərbaycanın dinamik sürətlə inkişafı, işğaldan azad edilən yaşayış məntəqələrinin yenidən qurulması, tikinti-abadlıq işlərinin böyük vüsət alması, Şuşada beynəlxalq tədbirlərin, festivalların təşkili dünyanı heyrətə gətirir. Hətta düşmənlərimiz belə etiraf edirlər ki, Azərbaycan dövləti güclü dövlət, Azərbaycan xalqı xoşbəxt xalq, Azərbaycan Ordusu isə dünyanın ən güclü ordularından biridir.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək deyib: “Hər il ölkəmizdə neçə-neçə əlamətdar hadisənin ildönümünü və tarixi günü təntənə ilə qeyd edirik. Lakin 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir bayramdır. Bu şanlı tarixin memarı xatirəsini həmişə ehtiramla yad etdiyimiz Azərbaycan müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqımıza Müzəffər Ali Baş Komandan, qurucu Prezident İlham Əliyev kimi görkəmli şəxsiyyəti bəxş edən ümummilli lider Heydər Əliyevdir. İcra başçısı keçən əsrin doxsanıncı illərinin əvvəllərini xatırlayaraq vurğulayıb: “1991-ci ilin oktyabr ayında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq buna baxmayaraq, ölkədə yaranan gərgin vəziyyət dövlətimizin müstəqilliyini təhlükə altında qoyurdu. Ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlərin Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Həmin dövrdə əhalinin böyük təbəqəsini əhatə edən vətənpərvər insanlar yaranmış ağır, mürəkkəb vəziyyətdən çıxış yolunu Naxçıvan Ali Məclisinin sədri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsində görür və bu məqsədlə müxtəlif təşəbbüslərlə çıxış edirdilər. 1993-cü il iyun ayının 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC-Müsavat cütlüyü həm xalqımızın tələbini, həm də özlərinin acınacaqlı aqibətlərini nəzərə alaraq, Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qalırlar”.

İcra başçısı qeyd edib ki, Azərbaycan parlamentinin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir və bu hadisə xalqımızın tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olur. Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri, sonralar isə Azərbaycan Respublikasının Prezidenti olarkən müstəqil dövlət quruculuğu yolunda uzaqgörən və qətiyyətli siyasət apararaq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti isə çevriliş cəhdlərindən xilas edir. Milli Qurtuluş günündən daha parlaq gələcəyə, möhtəşəm Zəfərə doğru gedən yolumuzun bünövrəsi məhz həmin günlərdə qoyulur.

Vətənpərvərlik tədbirində ulu öndər Heydər Əliyevin həmin günlərdə söylədiyi qətiyyətli fikirlər səsləndirilib: “Mən Azərbaycan Respublikasının bu çətin günündə bu ağır yükü üzərimə ona görə götürmüşəm ki, öz doğma bacı və qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur. Heç bir şey də məni bu yoldan çəkindirməyəcək. Mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır!”.

Tədbir iştirakçılarına məlumat verilib ki, Qaradağ rayonu ərazi baxımından Bakının yarısı qədərdir. Ən böyük sənaye mərkəzlərindən biri olan rayon ölkəmizin sənaye potensialının inkişafında böyük rol oynayır: “Rayonun hansı bir guşəsinə getsəniz orada Ulu Öndərin izinə rast gələcəksiniz. Ulu Öndər dəfələrlə rayonda olub, neçə-neçə möhtəşəm layihənin bünövrəsini qoyub, rayon sakinləri ilə görüşüb. Əbəs yerə dahi rəhbərimiz deməyib ki, Qaradağ rayonunun Azərbaycan xəritəsində, Azərbaycan iqtisadiyyatında, Azərbaycanın həyatında özünəməxsus yeri vardır. Qaradağlılar 1995-ci ildə ilk dəfə indiki Prezidentimiz İlham Əliyevə etimad göstərərək, onu Milli Məclisə deputat seçiblər. O isə həmişə seçicilərinin etimadını doğruldub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün bütün regionlarda olduğu kimi, Qaradağ rayonunun inkişafına da böyük diqqət göstərir. Qaradağlılar Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməkdən böyük qürur duyurlar”, - deyə S.Mikayılov bildirib.

Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də qaradağlıların həm ön cəbhədə, həm də arxa cəbhədə qələbə naminə səylərini əsirgəmədikləri barədə danışan icra başçısı diqqətə çatdırıb ki, igid oğullarımız 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq, şücaət nümunələri göstəriblər. Qaradağ rayonundan olan neçə-neçə gənc döyüş meydanlarında şəhadətləri ilə tarix yazaraq əbədiyyətə qovuşublar. Onlarla döyüşçü müharibədən qazi kimi qayıdıb. Bu gün yüzlərlə qaradağlı gənc Silahlı Qüvvələrdə içdikləri hərbi anda sadiq qalaraq Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər. Hər bir Qaradağ sakini Müzəffər Ali Baş Komandanın istənilən əmrlərini yerinə yetirməyə hazırdır.

Dahi liderimiz Heydər Əliyevin 50 il öncə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsi olan altı qardaşdan biri - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov tədbir iştirakçılarına rəhbərliyin təbriklərini çatdırıb.

Vətən üçün, Ordumuz üçün vətənpərvər, igid oğullar tərbiyə etdiklərinə görə şəhid və əsgər valideynlərinə minnətdarlıq edib, qazilərimizə şəfalar diləyib, ordumuza dəstəyi olan hər kəsə təşəkkür edib.

General-mayor E.Xəlilov vətənpərvərlik tədbirləri aylığı çərçivəsində keçirilən ilk tədbiri ordu ilə xalqın birliyinin təcəssümü kimi dəyərləndirib və ulu öndər Heydər Əliyevin bu gün də aktual olan bir sıra fikirlərini tədbir iştirakçılarına bir daha xatırladıb: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüdrətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.

Çıxışlardan sonra “Milli Qurtuluşdan Zəfərə doğru!” adlı kinolaşdırılmış ədəbi-bədii-xoreoqrafik kompozisiya nümayiş etdirilib. Azərbaycan Ordusunun Sənədli və Tədris filmləri Mərkəzi əməkdaşlarının hazırladıqları videosüjetlər və incəsənət xadimlərinin ifa etdikləri vətənpərvərlik mahnıları, hərbi marşlar və rəqslərlə ulu öndər Heydər Əliyevin 29 il öncə hakimiyyətə qayıdışından başlayaraq, xalqımızın və ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyədək olan dövr xronoloji ardıcıllıqla təqdim olunub.

Tədbirdə şəhid ailələrinə və Vətən müharibəsinin qazilərinə, xidmətdə fərqlənən hərbi qulluqçulara Müdafiə Nazirliyi və Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi adından xatirə hədiyyələri verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsi tərəfindən xidmətə çağırılaraq bu gün ruhumuzun paytaxtı Şuşa şəhərində Vətənə sədaqətlə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunun Cıdır düzündən tədbir iştirakçılarına, valideynlərinə videomüraciəti və onları böyük sevgi ilə izləyən valideynlərinə həmin əsgərlərin nümunəvi xidmətlərinə görə mükafat olaraq məzuniyyətə gəlməsinin xəbər verilməsi ata-ana, nənələrlə görüşləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Azərbaycan Ordusuna göstərdikləri mənəvi dəstəyə, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsindəki xidmətlərə görə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Xalq artisti Mübariz Tağıyevə, ictimai fəal Əliş Hüseynova Müdafiə Nazirliyinin mükafatları təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, vətənpərvərlik tədbirləri ongünlüyü çərçivəsində respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə silsilə tədbirlər həyata keçiriləcək.

Müdafiə Nazirliyi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vətənpərvərlik tədbirindən iştirakçılar xoş təəssüratlarla ayrılıblar.

 

“Milli Qurtuluşdan Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirləri ongünlüyünə start verilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir