İDMAN


21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi müəyyənləşib

Bakı, 14 sentyabr, AZƏRTAC

Məşqçilər Komitəsinin təklifinə əsasən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub.

Baş məşqçinin qərarına əsasən, bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadə köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.