Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Zəfər Günü Parisdə təntənəli şəkildə qeyd edilib VİDEO

Paris, 10 noyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr- Dövlət Bayraq Günü, eləcə də “Şuşa İli”nə həsr edilmiş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransadakı Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili, müşavir Nigar Hüseynova və UNESCO yanında Daimi nümayəndə Elman Abdullayev çıxış edərək 8 Noyabr - Zəfər Günündən, onun müstəsna əhəmiyyətindən söz açıblar.

N.Hüseynova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsinin erməni işğalına son qoyduğunu, torpaqlarımızın azad edildiyini, noyabrın 8-nin Azərbaycan tarixinə Zəfər Günü kimi həkk olunduğunu bildirib.

Qeyd edib ki, Ermənistanın hərbi təxribatları və davamlı təcavüzü qarşısında Azərbaycan əks-hücum əməliyyatına başlamalı olub. Azərbaycanın iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, eləcə də xalqımızın əzmi və iradəsi sayəsində bu əməliyyat ölkəmizin qələbəsi ilə başa çatdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində düşməni diz çökdürərək, işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib.

“2020-ci il noyabrın 8-də Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün azərbaycanlıların səbirsizliklə gözlədiyi “Şuşa, sən azadsan!” sözlərini bəyan etdi. Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın azad edilməsi ilə münaqişəyə son qoyuldu. Kəlbəcər, Ağdam və Laçın rayonları azad edilərək, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 30 il davam edən ədalətsizlik sona çatdı. Noyabrın 8-i bütün Qafqaz regionunda yeni mərhələnin başlanğıcı oldu”, - deyə N.Hüseynova bildirib.

Müvəqqəti işlər vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində regionda yeni reallıq yaranıb. Müharibədən sonra yeni mərhələyə - sülh quruculuğu, barış və regionun bərpası mərhələsinə qədəm qoyulub. Azərbaycan azad edilmiş ərazilərin infrastrukturunun yenidən qurulması, ətraf mühitin bərpası işlərini uğurla davam etdirir.

O bildirib ki, Ermənistan mina xəritələrini vermədiyi üçün Azərbaycan çətin çağırışlarla üzləşib. Bu minalar azərbaycanlıların doğma yurdlarına qayıdışını ləngidir. Hələ də dinc sakinlər bu minaların qurbanı olur. Ancaq bu çətinliklərə baxmayaraq, Böyük Qayıdış uğurla davam edir və artıq ailələr yeni tikilmiş kəndlərinə qayıdırlar. Zəngilan rayonunun Ağalı kəndinə artıq onlarla ailə köçürülüb.

Hazırda ən önəmli məsələ Azərbaycan və Ermənistan arasında qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu istiqamətdə Azərbaycan beynəlxalq ictimaiyyətdən və aktorlardan Cənubi Qafqazda sülh naminə müvafiq addımlar atmasını gözləyir.

N.Hüseynova vurğulayıb ki, ölkəmizdə 9 Noyabr - Dövlət Bayrağı Günü kimi qeyd edilir. Milli suverenliyimizin rəmzi və dövlətçiliyimizin müqəddəs atributlarından biri olan Dövlət bayrağımızın bu gün Azərbaycanın hər yerində dalğalanması sevindirici və qürurvericidir.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev işğal dövründə erməni silahlı qüvvələrinin Azərbaycanın tarixi, mədəni və dini abidələrini məhv etməsindən söz açıb. İşğal altında olmuş ərazilərdə Azərbaycanın bütün mədəni irsinin qəddarlıqla məhv edildiyini vurğulayıb. Muzeylərin, kitabxanaların, məbəd və məscidlərin, qəbiristanlıqların, tarixi abidələrin yerlə-yeksan edildiyini diqqətə çatdırıb, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən söz açıb.

Diplomat vurğulayıb ki, noyabrın 8-i təkcə milli qürur günü kimi deyil, həm də tarixi ədalətin, beynəlxalq hüququn təntənəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə və rəmzi mənaya malik olan Şuşa şəhərinin işğaldan azad olunduğu gündür.

Fransa Milli Assambleyasının üzvü Andre Vilye Azərbaycanın Zəfər bayramında iştirak etməkdən şərəf duyduğunu bildirib. O, Azərbaycana dəfələrlə getdiyini, ölkəmizi yaxından tanıdığını vurğulayıb. Bildirib ki, Cənubi Qafqazda Ermənistanın Azərbaycana qarşı başladığı münaqişədən sonra ölkələr davamlı sülh axtarışında olublar. Fransada ABŞ və Rusiya ilə birlikdə Minsk qrupu çərçivəsində münaqişənin diplomatik yollarla həllinə töhfə verməyə cəhd edib. Ancaq təəssüf olsun ki, münaqişənin diplomatik yolla həllinə nail olunmadı.

Fransız deputat iki ölkə arasında 30 il davam edən müharibədən, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən, ölkəmizin öz hüquqlarını silah vasitəsi ilə bərpa etməli olmasından danışıb. Fransa Milli Assambleyasının üzvü qismində Qafqazda davamlı sülhə nail olunmasını səmimi olaraq arzu edib.

Zəfər və Bayraq Gününə həsr edilmiş tədbir “Sülh konserti” proqramı ilə davam edib. Konsertdə Etibar Əsədli (piano), Ələfsər Rəhimov (balaban), Samuel Fhima (kontrabas), Vənsan Tortiye (zərb alətləri) bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini, xalq mahnılarını səsləndiriblər. Bu musiqiçilərin müşayiəti ilə Elnur Hüseynov xalq mahnılarımızı ifa edib.

Tədbirə Özbəkistan Milli Məclisi Senatının birinci vitse-prezidenti, sabiq xarici işlər naziri Sodik Safoyev, bir çox ölkələrin Fransadakı səfirləri, bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, Parisdəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər, elmi tədqiqatçılar, incəsənət və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.

Ziyafət zalında böyük ekranda Zəfər Gününə və işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə aid videoçarx nümayiş olunub. Tədbir iştirakçıları Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Azərbaycanın Zəfər Günü Parisdə təntənəli şəkildə qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir