FHN: Ötən sutka ölkə ərazisində 107 halda yanğına çıxış olub VİDEO
Bakı, 14 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 107 halda yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində üçü azyaşlı olmaqla 11 nəfər xilas edilib, yanğınlar zamanı altı nəfər təhlükəsiz əraziyə təxliyə olunub, bir nəfər tüstüdən zəhərlənib. Həmçinin, bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.