Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan İcması Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı azərbaycanlılar yaşayan diyarlar olubdur”

Heydər Əliyev, 1998

Bakı, 10 may, AZƏRTAC

Qərbi Azərbaycan İcması Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Bu gün biz bütün ömrünü Azərbaycana xidmətə həsr etmiş görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik.

Azərbaycanın müasir tarixinin formalaşmasında mühüm rol oynamış Heydər Əliyev xalqın mənafeyi naminə yorulmadan çalışan uzaqgörən dahi şəxsiyyət idi.

Qədirbilən Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini Ümummilli Lider kimi əziz tutması bu əvəzedilməz şəxsiyyətin öz dühası, zəngin mənəviyyatı və qeyri-adi iş qabiliyyətləri ilə bir rəhbər kimi xalqı tarixin ən çətin sınaqlarından üzüağ çıxarması və onun təhlükəsizliyini və firavanlığını təmin etməsi ilə bağlıdır.

Çox çətin və şərəfli həyat yolu keçmiş Ulu Öndər Azərbaycan xalqının marağını həmişə hər şeydən uca tutub.

Heydər Əliyev kommunist ideologiyasının hakim olduğu SSRİ dövründə məlum ayrı-seçkiliyə baxmayaraq, qeyri-adi peşəkar qabiliyyətləri və yorulmaz əməyi sayəsində nəinki özü bir azərbaycanlı kimi təhlükəsizlik orqanlarında ali rütbəyə yüksəlib, həm də çoxlu sayda azərbaycanlı kadrların hazırlanmasını təmin edib.

Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini - Siyasi Büro üzvü kimi işlədiyi dövrdə Azərbaycan xalqının milli özünüdərkinə, respublikanın sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr vermiş, respublikada təsis edilməsinə nail olduğu hərbi məktəblər ilə milli hərbi kadrların hazırlanmasına şərait yaradıb. Məhz onun təşviq etdiyi bu möhkəm milli-ideoloji, sosial-iqtisadi və kadr potensialı Azərbaycanın 1991-ci ildə müstəqil dövlət kimi həyat qabiliyyətini təmin edib.

Mixail Qorbaçov başda olmaqla müəyyən bədxah qüvvələrin Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindən istefa verməsinə nail olmaq üçün mənfur səyləri onların Azərbaycana qarşı məkrli planlarının ilk addımı idi. 1987-ci ildə buna nail olduqdan sonra, dərhal Ermənistan SSR-də azərbaycanlıların etnik təmizləməsinə və Azərbaycana qarşı ərazi iddiasına rəvac verildi.

Sonrakı illərdə hadisələrin sürətlə Azərbaycanın ziyanına işləməsi 1993-cü ildə ölkədə ağır böhran yaratmışdı. Belə vəziyyətdə xalqın təkidli tələbi ilə Azərbaycanın son ümid istinadgahı olan Heydər Əliyev hakimiyyətə qayıtdı, həyatına olan təhlükələrə baxmayaraq, ölkədə vəziyyəti qısa müddətdə normallaşdırdı, Ermənistanın işğalçı ordusunun irəliləməsini dayandırdı, mürəkkəb geosiyasi vəziyyətdə məharətlə hərəkət edərək, yenicə əldə edilmiş dövlət müstəqilliyini qoruyub saxladı.

Ulu Öndərin birbaşa rəhbərliyi ilə hazırlanan, insan hüquqları və demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası və azərbaycançılıq məfkurəsi ilə dövlət müstəqilliyinin milli ideoloji və hüquqi çərçivəsi müəyyənləşdirilib və istiqlalımızın əbədiliyi və dönməzliyi təmin edilib.

"Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır" sözləri ilə xalqımızın iztirablarını dilə gətirən Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna bütövlükdə Azərbaycan xalqının mənafeyi və ədalət prinsipindən çıxış edərək böyük diqqət və qayğı göstərib. Ulu Öndər Azərbaycan ərazilərinin Ermənistana verilməsi, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirib. Prezident Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də verdiyi Fərman, ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnu təsbit etməsi və onlara göstərdiyi sosial dəstək Qərbi azərbaycanlılar tərəfindən heç vaxt unudulmayacaq.

Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir. Ata vəsiyyətini yerinə yetirib Şuşa şəhəri daxil olmaqla Azərbaycan torpaqlarını yadelli işğalından azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün məhz həmin şəhərdə Ümummilli Liderin 100 illik yubileyini qeyd etməsi, haqq-ədalətin təntənəsi və çox mənalı tarixi hadisə olaraq biz Qərbi azərbaycanlıları gələcəyə daha nikbin baxmağa inandırır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur?

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb