Xəqani küçəsində restoranda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO
Bakı, 8 dekabr, AZƏRTAC
Səbail rayonunun Xəqani küçəsində ictimai iaşə obyektində baş vermiş yanğın söndürülüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Restoran yanğından mühafizə olunub.
12:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Xəqani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.