Azərbaycan Dövlət İnformasiya Agentliyi

28 May - Respublika Günü münasibətilə Aşqabadda rəsmi qəbul təşkil edilib

Aşqabad, 31 may, AZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toyliyev, digər rəsmi şəxslər və ictimai xadimlər, Aşqabadda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və soydaşlarımız iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan və Türkmənistanın dövlət himnləri səsləndirilib.

Səfir Həsən Zeynalov Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman Şərqində yaradılmış ilk demokratik cümhuriyyət olduğunu bildirərək onun yaradılması tarixi, mövcud olduğu qısa müddətdə dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirdiyi mütərəqqi islahatlar, ADR-in dünya səviyyəsində tanıdılması istiqamətində görülmüş tədbirlər barədə məlumat verib. Bildirilib ki, 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyə qovuşub və müstəqil Azərbaycan Respublikası o zamankı demokratik respublikanın varisi olub. XX əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycan torpaqlarının işğalı, iqtisadi tənəzzül və daxili qeyri-sabitlik kimi problem və təhdidlərlə üz-üzə qalıb. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik bərqərar olub. Neft strategiyasının, xüsusən Azərbaycanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması məqsədilə aparıcı xarici şirkətlərlə imzalanmış müqavilələr Azərbaycan Respublikasının müstəqilliyinin gücləndirilməsi yönündə atılmış mühüm addımlardan olub.

Hazırda Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, iqtisadi, sosial, ordu quruculuğu, Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi istiqamətində böyük nailiyyətlərin qazanıldığı qeyd edilib. H.Zeynalov hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu vurğulayıb. Bu mənada kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrin inkişaf etdirilməsinə ciddi fikir verildiyi, həmin sahələrlə bağlı göstəricilər üzrə müsbət dinamikanın müşahidə olunduğu diqqətə çatdırılıb. Regionda Azərbaycan Respublikasının fəal iştirakı ilə enerji və nəqliyyat sahələrində meqa layihələrin yerinə yetirildiyi qeyd olunub. Ölkəmizin enerji təhlükəsizliyinin təminində vacib rol oynadığı, “Cənubi Qaz Dəhlizi” layihəsinin icrasının davam etdirildiyi bildirilib. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yönündə tədbirlərin görüldüyü, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Avropa ilə Asiya arasında ən qısa marşrutun yaranacağı diqqətə çatdırılıb. Həmçinin son illərdə Azərbaycanda müdafiə sənayesi sahəsinin uğurla inkişaf etdirildiyi, bu sahədə nəzərəçarpan nəticələrin əldə olunduğu və ölkənin müdafiə qabiliyyətinin xeyli gücləndiyi bildirilib. Ordumuzun Azərbaycan Respublikasının ərazi bütövlüyünü qısa müddətdə bərpa etmək iqtidarında olduğu vurğulanıb.

Səfir 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması, müxtəlif millətlərin, ayrı-ayrı dinlərə etiqad edən insanların əsrlər boyu ölkəmizdə sülh şəraitində yaşamaları barədə məlumat verib. O, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artdığını söyləyərək son illərdə Azərbaycanda dünya səviyyəli mötəbər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Diplomat Azərbaycan-Türkmənistan əlaqələrinə də toxunub. O, əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan və Türkmənistan xalqlarının eyni etnik, tarixi və mədəni köklərə mənsubluğunun münasibətlərin inkişafı üçün gözəl zəmin yaratdığını bildirib. Azərbaycan və Türkmənistan prezidentlərinin iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələsini diqqətdə saxladıqları vurğulanıb. Regional layihələrin icrasında, xüsusən tarixi İpək Yolunun bərpasında tərəflərin əməkdaşlıq etdiyi bildirilib. Son zamanlar qarşılıqlı səfərlərin və təmasların artdığı və bunun əməkdaşlığın getdikcə dərinləşməsinin bariz nümunəsi olduğu qeyd edilib. Əlavə edilib ki, böyük türkmən şairi Məhtimqulu Fəraqinin “Divan”ı azərbaycanlı və türkmənistanlı mütəxəssislərin iştirakı ilə yenidən nəfis şəkildə nəşr olunub.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toyliyev Prezident Qurbanqulu Berdiməhəmmədovun Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərini çatdırıb. O, Türkmənistanda Azərbaycanla dostluq münasibətlərinə yüksək dəyər verildiyini söyləyib, hər iki ölkənin qədim zamanlardan etibarən mehriban qonşu olduğunu, xalqlarının isə ortaq dil, tarixi və mədəni dəyərləri bölüşdüyünü qeyd edib.

Bildirilib ki, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2008-ci ilin may ayında Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin həmin ilin noyabr ayında Türkmənistana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açıb. O, həmçinin Türkmənistanın dövlət başçısının 2015-ci ilin iyun ayında ölkəmizdə keçirilmiş ilk Avropa Oyunlarının açılış mərasiminə qatıldığını və bu səfər çərçivəsində Azərbaycan Prezidenti ilə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmaların münasibətlərin inkişafına yeni təkan verdiyini nəzərə çatdırıb.

Türkmənistan rəsmisi iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edildiyini bildirərək Azərbaycan Respublikasının Türkmənistanın neytrallıq statusunu dəstəkləyən ilk ölkələrdən biri olduğunu qeyd edib. O, ölkələrimiz arasında elm və mədəniyyət sahələrində də əməkdaşlıq üçün perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycanın Türkmənistanda, Türkmənistanın Azərbaycanda mədəniyyət günlərinin keçirildiyi bildirilib. Qeyd olunub ki, görkəmli türkmən klassikləri Məhtimqulu Fəraqi, Mollanepes, Nurmuhammet Andalib, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun kitabları Azərbaycan dilinə, eləcə də “Görkəmli insanların həyatı. Heydər Əliyev” kitabı türkmən dilinə tərcümə olunub. S.Toyliyev Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin hər iki xalqın rifahı naminə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Rəsmi qəbulda Azərbaycandan gəlmiş incəsənət xadimləri milli musiqi nümunələri ilə çıxış ediblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO