Azərbaycan Dövlət İnformasiya Agentliyi

28 May Azərbaycan tarixinin şanlı səhifəsidir

28 May Azərbaycan tarixinin şanlı səhifəsidir

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan xalqının tarixi olduqca qədimdir. Hətta minilliklər öncə belə indi yaşadığımız torpaqlarda ulu babalarımızın yaşamasını təsdiq edən xeyli tarixi faktlar, sübutlar var. Son minillikdəki tariximizə aid xeyli yazılı mənbələrimiz də mövcuddur. Bu dövr ərzində bizim Xaqani, Nizami, Sührəverdi, Nəsimi, Füzuli, Tusi və başqaları kimi dünya elminin, ədəbiyyatının zirvələri olan şəxsiyyətlərimiz yetişib. Belə böyük dühalar xalqımızın potensialından, dünya xalqları arasındakı yerindən, mənəvi zənginliyindən xəbər verir.

Bu sətirlər AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun 28 May - Respublika Gününə həsr olunmuş məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

Təbii ki, tarixi köklərimiz bütün türk dünyası ilə bağlıdır. Amma Azərbaycanın ayrıca bir dövlət kimi formalaşmasında, inkişaf etməsində Şah İsmayıl, Nadir şah dövrünün ayrıca, fövqəladə bir rolu var. Bu dövrlər ərzində xalq öz dövlətçilik qüdrətini də ortaya qoydu. Bizim bir çox xalqların həsəd apara, örnək ala biləcəyi tariximiz var. Amma təəssüf ki, XIX əsrdə Azərbaycanın tarixi ciddi təzyiqlərə məruz qaldı və biz XX əsrin əvvəllərində arzuolunmaz bir vəziyyətə düşmüşdük. Artıq Azərbaycan xalqı bir neçə yerə parçalanmışdı. Öz torpaqlarımızda bizə qənim kimi bir erməni bəlası yetişdirilib inkişaf etdirilirdi. Xalq başdan-başa bir cəhalət içində idi. Mühüm şəhərlərimizdən biri olan Bakı şəhəri tamamilə başqa millətlərin xeyli çoxluq təşkil etdiyi bir məskənə çevrilmişdi. Bakı nefti, təkrarsız gözəl təbiətimiz, münbit torpaqlarımız bir çox xarici dövlətləri Bakı uğrunda mübarizəyə cəlb etmişdi. Azərbaycanı əldə etmək, bölüşdürmək üçün müxtəlif planlar qurulurdu. Rusiyada gedən siyasi proseslər, Rusiya dövlətinin zəifləməsi ilə yaranan xaotik vəziyyət Azərbaycan uğrunda mübarizə aparanları daha da şirnikləndirirdi. Azərbaycanın başının üstünü çox qorxulu qara buludlar almışdı. Amma çox yaxşı ki, Azərbaycanda o zaman sayca az olsa da, xeyli qeyrətli, qüdrətli, müasir dövrün gedişatını dərindən təhlil edə bilən, siyasi proseslərdə düzgün mövqe tuta bilən insanlarımız da var idi. M.F.Axundov, H.B.Zərdabi ənənələri işığında formalaşan bu yeni nəslin Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı kimi nümayəndələri ilə yanaşı, M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Topçubaşov və onlarla başqaları kimi xeyli siyasi hazırlıqlı, təfəkkürlü gəncləri də yetişmişdi.

Bu insanlarımızın yetişməsində həmin dövrün mühiti, Rusiyada, Avropada gedən proseslərlə yanaşı, Azərbaycan xalqının öz mədəniyyətinin potensialı da böyük rol oynadı. Onların dini məktəblərdə, mədrəsələrdə aldıqları ciddi təhsil, yiyələndikləri həqiqi islami dəyərlərlə yanaşı, o dövrdə yayılan türkçülük, müasirlik dəyərləri, bu üç dəyərlər sisteminin ahəngdar olaraq birləşməsi həmin gənclərin vətənpərvərliyinin, milli iradələrinin, qabaqcıl dünyagörüşlərinin formalaşmasına kömək etdi. Belə bir nəslin yetişməsi, o zaman gedən proseslər XX əsrin əvvəlini tariximizin ən şanlı, qiymətli dövrlərindən biri kimi adlandırmağa əsas verir. Məhz həmin gənclərin hesabına o dövrdə xalqımız başsız, sahibsiz qalmadı. Məhz onların hesabına 1918-ci il mayın 28-də 114 min kvadratkilometr ərazisi olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu ərazinin tərkibində indiki qondarma Qarabağ problemi yox idi.

Beləliklə, Zaqafqaziya seymi dağılandan sonra azərbaycanlılar, gürcülər və ermənilər öz müstəqilliyini elan etdilər. Amma o dövrün siyasətini formalaşdıran güc mərkəzlərinin gürcülərə, ermənilərə olan münasibəti ilə azərbaycanlılara olan münasibəti eyni deyildi. Belə bir tarixi şəraitdə, öz müstəqilliyini elan edə bilmək, dərhal böyük quruculuq işlərinə başlamaq, beynəlxalq münasibətlər qurmaq böyük zəka və iradə tələb edirdi. Həmin insanların həyatı, fəaliyyəti barədə toplanan məlumatları öyrəndikcə onların öz şəxsi həyatlarını xalq işinə qurban verdiklərinin şahidi oluruq.

Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində - Çar hakimiyyəti, imperiya devriləndən sonra ölkədə böyük bir xaos yarandı. Həmin dövr olduqca həlledici bir dövr idi. İndiyə qədər imperiyanın tərkibində, çarizmin məhdudiyyətləri içində yaşayan xalqların hamısı öz talelərini müəyyənləşdirmək üçün yollar axtarırdılar. Bu dövr həlledici bir dövr idi, səhv atılan hər bir addımın ağır nəticələri ola bilərdi. Ona görə də həmin dövrdə xalqımızın belə layiqli nümayəndələrinin olması Azərbaycanın gələcək taleyində çox mühüm rol oynadı. Mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət idi. Məmməd Əmin Rəsulzadənin ideoloqu olduğu, əsasını qoyduğu bu dövlət türk və islam dünyasında ilk parlament respublikası, ilk demokratik, hüquqi və dünyəvi bir dövlət idi. Ən mühümü isə o idi ki, bu dövləti idarə etmək üçün yüksəksəviyyəli kadrlar var idi. Azərbaycanın müxtəlif bölgələrində doğulub boya-başa çatmış bu kadrlar hamısı gənc, savadlı, yüksək intellektli və ilk növbədə xalqını, millətini sevən, öz həyatlarını xalqın yolunda qurban verməyə hazır olan insanlar idi. Böyük liderlik keyfiyyəti olan Məmməd Əmin Rəsulzadə, öz intellekti, mənəvi zənginliyi, analitik təfəkkürü, iradəliliyi ilə seçilirdi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı olan Fətəli xan Xoyski Rusiya İmperiyası II Dövlət dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində Xalq Maarif Komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasında Ədliyyə naziri (1918) olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920) olmuş Əlimərdan bəy Topçubaşov təcrübəli diplomat, hüquqşünas idi. Çar Rusiyasında Birinci Dövlət Dumasının (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olmuşdu. Hökumətin tərkibinə daxil olan Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski və başqa məmurlar, parlament üzvləri o dövrün çox qabaqcıl ziyalıları idi.

Onlar qısa bir zamanda, milli ordu, milli pul, milli bank, universitet, bir çox demokratik təsisatlar yaratdılar. İqtisadiyyatın yüksəlişi üçün mühüm tədbirlər həyata keçirdilər. Ciddi beynəlxalq əlaqələr qurdular, Azərbaycanın bütün dünyada rəsmən tanınmasını təmin etdilər. Azad seçkilər keçirilməsinə nail oldular. İlk dəfə qadınların seçim hüququnu tanıyan və qadın-kişi bərabərliyini təmin edən qərarlar qəbul etdilər. Azərbaycanın üç rəngli bayrağını və gerbini, himnini qəbul etdilər.

Təəssüf ki, o zaman qazanılan müstəqilliyin ömrü cəmi 23 ay oldu. Amma bu qısa zaman da xalqın taleyində çox böyük rol oynadı. Şimali Azərbaycanda hüdudları məlum olan bir dövlət müəyyənləşdi. Əhalidə böyük ruh yüksəkliyi yarandı. İnsanlarda milli şüur inkişaf etdi. Bu doğma dövlət devrilsə belə, insanların şüurunda müstəqillik bir reallıq kimi formalaşdı. Əgər ərazisi 114 min kvadratkilometr olan Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə onun başına nə oyunlar açacaqdılar, bunu təsəvvür etmək belə ürək ağrıdır.

1991-ci ildə SSRİ süqut etdiyi zaman artıq insanların şüurunda yaxın zamanlarda mövcud olmuş müstəqil bir dövlət obrazı yaşayırdı. Bu obraz insanlara müstəqillik yolunda daha konkret inamlı addımlar atmağa kömək etdi. 1988-ci ildə Sovet rejimi tərəfindən edilən haqsızlıqlara qarşı xalqı meydanlara tökən, bununla da SSRİ-nin bünövrəsinin laxlamasında mühüm rol oynayan mübarizə aparmasında da həmin obraz mühüm rol oynadı.

Xalqımızın ulu öndəri Heydər Əliyev 28 mayda elan olunmuş müstəqil dövlətimizə olduqca yüksək qiymət verirdi. Həmin dövlətin üçrəngli bayrağını ölkəmizdə ilk dəfə rəsmi olaraq Naxçıvanda qaldıran dahi liderimiz bununla özünün Azərbaycan Xalq Cümhuriyyətinə olan rəğbətini də nümayiş etdirdi. Azərbaycanın Prezidenti olduğu dövrdə də həmin müstəqil dövlətimizin qəbul etdiyi dövlət atributlarının - bayrağın, gerbin, himnin eyni ilə qalmasının tərəfdarı oldu. Hər il mayın 28-nin müqəddəs bir gün kimi qeyd olunması rəsmi olaraq davam etdi. O dövrdə xalqımızın müstəqilliyi uğrunda çalışmış bütün siyasi liderlərin hər biri indi də dərin hörmətlə xatırlanır, yad edilir. Onların adları fəxr ilə çəkilir, müxtəlif ünvanlara verilir.

Prezident, xalqın böyük ehtiramını qazanmış İlham Əliyev də ulu öndər Heydər Əliyevin ənənələrini davam etdirir. Dövlətimizin başçısı 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb, 2018-ci il 10 yanvar tarixli digər Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu sərəncamlara uyğun olaraq yerinə yetirilən möhtəşəm tədbirlər insanların milli şüurunun, vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər