SİYASƏT
İslandiyanın sabiq Prezidenti: Bakıda olduğum vaxtda çox aydın çağırışlar eşitdim VİDEO
![İslandiyanın sabiq Prezidenti: Bakıda olduğum vaxtda çox aydın çağırışlar eşitdim VİDEO](/files/2024/1/1200x630/17104269203727332565_1200x630.jpg)
Bakı, 14 mart, AZƏRTAC
Bakıda olduğum vaxtda çox aydın çağırışlar eşitdim. Beynəlxalq ictimaiyyətin cavablarının düzgün səsləndirilməsi təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslandiyanın sabiq Prezidenti Olafur Ragnar Grimsson XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal idarəetməni düzəltmək" mövzusunda panel iclasında çıxışı zamanı deyib.
BMT-nin parçalanan dünya haqqında düşünmədiyini vurğulayan forum iştirakçısı qeyd edib: “Bizim əsas məqsədimiz indiki vəziyyətdə qarşıda duran çətinlikləri aradan qaldırmaqdır. Pozuntuların, ədalətsizliyin qarşısının alınması üçün tədbirlər görməliyik.
O, Avropa İttifaqının izolyasiya, millətçilik siyasətinin dözümsüzlüyə gətirib çıxardığını da diqqətə çatdırıb.