Bakıda 43 kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlanıb VİDEO
Bakı, 29 may, AZƏRTAC
Paytaxtın Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.