31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Berlində nümayiş keçiriləcəkdir
Bakı, 29 mart (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və diasporumuz hər il olduğu kimi, bu il də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif aksiya və tədbirlərlə yad edəcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Berlindəki Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Gənclər Assosiasiyası birgə etiraz nümayişi keçirməyi nəzərdə tutmuşlar. Etiraz aksiyası martın 31-də Berlinin mərkəzi Brandenburq darvazaları önündə təşkil olunacaqdır.
Nümayişdən sonra ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlindəki Azərbaycan Evində anım mərasimi keçiriləcəkdir.
Təşkilatçılar xalqımıza edilən haqsızlıqları alman ictimaiyyətinə çatdırmaq, Azərbaycan diasporunun birlik və həmrəyliyini nümayiş etdirmək üçün Almaniyadakı soydaşlarımızı bu aksiyada iştirak etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]