Floran Ali Meril: Qvadelupada istifadə etdiyimiz sular sağlamlıq üçün çox zərərlidir VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Qvadelupada su çoxdan mövcud olan problemdir. 1960-1970-ci illərdən sonra yağış sularının təmizlənmiş formasından istifadə edirdik. Bu gün istifadə etdiyimiz sular sağlamlıq üçün çox zərərlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qvadelupanın Azadlığı uğrunda Xalq Birliyi Partiyasının (UPLG) baş katibinin müavini Floran Ali Meril “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, içdikləri, istifadə etdikləri su kənd təsərrüfatı üçün də yararlı deyil. “1980-ci illərdə qadağan olunan maddələr Fransa tərəfindən hələ də istifadə olunur. Bu, torpağı da zəhərləyir”, - deyə Floran Ali Meril vurğulayıb.