34 saylı Xətai ikinci seçki dairəsinin seçki məntəqələri tam tərkibdə fəaliyyətə başlayıb
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də 34 saylı Xətai ikinci seçki dairəsi üzrə məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb.
Seçki dairəsinin dairə seçki komissiyasının sədri Rəfael Mehdiyev AZƏRTAC-a bildirib ki, 34 saylı Xətai ikinci seçki dairəsində 36 məntəqə fəaliyyət göstərir. Ümumilikdə, dairə üzrə 43 min 955 seçici qeydiyyatdan keçib və bələdiyyə üzvlüyünə 122 namizəd mübarizə aparır. Ən yaşlı seçicinin 90 yaşı var. 10 məntəqədə veb-kameralar quraşdırılıb.